n2006

n2006 Gözəllik 18-08-2022, 11:00

Yağlı saçlara qarşı sadə vasitələr

Yağlı saçlara qarşı sadə vasitələr
Saçların yağlanmasını sadə üsullarla aradan qaldırmaq olar. Saçların tez yağlanması çox vaxt problem yaradır, lakin əslində yağlanma saçlarda deyil, baş dərisində baş verir.



LoaDinG.Az bildirir ki, bu haqda 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova məlumat verib: “Bu, tük folekulları ilə yanaşı yerləşən piy vəzləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində yaranır. Düzgün qulluqla saçları sağlam, elastik və gözəl etmək olar”.



Həkim-dermatoloq sadə üsullarla yağlanmanı aradan qaldırmağın mümkün olduğunu söyləyib: “3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su tökülərək minalanmış qabda ağzı bağlı vəziyyətdə 15 dəqiqə qaynadılır, soyudulur və süzülür, dəmləmə səliqə ilə baş dərisinə sürtülür, 20-30 dəqiqədən sonra yuyulur.



1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırandan sonra saçlar qarışıqla bir neçə dəfə isladılır, sonra yuyulur və yaxalanır. Lakin bunu dərinin xardala qarşı reaksiyası olmadığı halda etmək lazımdır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
433 409 405 485 404 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.