SSRİ-nin süqutunun 10 əsas səbəbi
1991-ci ilin xronoloji hadisələri belə inkişaf edirdi. Hələ sovet Belorusiya, Rusiya və Ukrayna respublikalarının rəhbərləri tarixi görüş üçün UNESCO-nun Dünya mədəni və irsi siyahısına daxil olan Belovej meşəsində, daha doğrusu, Polşa ərazisinin ən yaxın nöqtəsindən təxminən 8 km məsafədə yerləşən Viskuli kəndində toplaşdılar. Dekabrın 8-də onlar Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasına dair Razılaşmanı imzaladılar. Onlar bu sənədlə SSRİ-nin artıq olmadığını qəbul etmiş oldular. Əslində Belovej razılaşması SSRİ-ni dağıtmadı, artıq hazırkı vəziyyəti sənəd şəklində qeydə aldılar.
Dekabrın 21-i, Qazaxstan paytaxtı Alma-ata (sonra Astana, indi Nursultan) şəhərində prezidentlərin MDB-yə daha 8 respublikanın: Azərbaycan, Ermənistan, Qazaxstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistanın qoşulduğu görüşü keçirildi. Orada imzalanan sənəd Alma-ata razılaşması kimi tanınır. Beləliklə, yeni birliyə Baltikyanı ölkələrdən başqa keçmiş sovet respublikaların hamısı daxil oldu.
SSRİ prezidenti Mixail Qorbaçov (sağdır, hazırda 91 yaşı var) vəziyyəti qəbul etmədi, lakin onun siyasi vəziyyəti 1991-ci il qiyamından sonra çox zəif idi. Başqa çıxış yolu qalmadı və dekabrın 25-i Qorbaçov SSRİ prezidenti vəzifəsindəki fəaliyyətinin dayandırılması barədə xəbər verdi. O, hakimiyyəti Rusiya Federasiyasının prezidenti Boris Yeltsinə (1931÷2007) ötürərək, Sovet Silahlı Qüvvələrinin baş komandanı səlahiyyətlərini üzərindən atan bir fərman imzaladı.
SSRİ Ali Sovetinin yuxarı palata sessiyası dekabrın 26-da SSRİ-nin mövcudluğunun qurtarmasına dair 142-H №-li bəyannaməni qəbul etdi. Bu qərarlar və 25-26 dekabr sənədlərinin imzalanması zamanı SSRİ hökumət orqanları beynəlxalq hüququn subyekti olduğunu dayandırdı. SSRİ-nin beynəlxalq institutlarda üzvlüyünə davamçı Rusiya oldu. O, özünə Sovetlər Birliyinin borclarını və aktivlərini götürdü, həm də özünü keçmiş SSRİ-nin hüdudlarından kənarda yerləşən keçmiş müttəfiq dövlətin bütün mülkiyyətinin sahibi elan etdi.
Müasir politoloqlar vaxtilə güclü olan bir dövlətin dağılmasına ümumi şəraitin çoxlu variantlarını və ya daha doğrusu, bəndlərini söyləyirlər. Tez-tez deyilən bu səbəbləri belə bir siyahıda birləşdirmək olar.
1. Sovet cəmiyyətinin avtoritar xarakteri. Bu bənd kilsə təqiblərini, dissidentlərin izlənilməsini, məcburi kollektivizmi özünə daxil edir. Sosioloqlar təyin edir: kollektivizm – şəxsi rifahından əl çəkməyə hazır olmaqdır. Bəzən xeyirxah işdir. Amma normaya, standarta yüksəldilmiş bu fəaliyyət fərdiliyi hamarlayır, şəxsiyyəti bulandırır. Buradan belə çıxır – bacarıqlı cəmiyyətdə, qoyun sürüdə. Simasızlaşdırılma savadlı insanları sıxırdı.
2. Tək ideologiyanın ağalığı. Onu saxlamaq üçün - əcnəbilərlə ünsiyyətə qadağa, senzura əsas götürülürdü. Ötən əsrin 70-ci illərinin ortasından – mədəniyyətə açıq ideoloji təzyiq, əsərlərin ideoloji ardıcıllığının bədii dəyərə xələl gətirərək təbliği sezilirdi. Bu isə artıq ikiüzlülük, içərsində olmaq boğucu gələn və dözülməz bir surətdə azadlıq istəyi olan ideoloji məhdudluqdur.
3. Sovet sistemini dəyişdirmənin uğursuz cəhdləri. Onlar əvvəlcə istehsalatda və ticarətdə durğunluq gətirdilər, sonra öz ardınca siyasi sistemin parçalanması gəldi. Bu hadisənin səpini 1965-ci il iqtisadi islahatı ilə əlaqələndirilir. 1980-cı illərin sonunda isə respublikalar müstəqilliyini elan etməyə başladı, ittifaq və federal Rusiya büdcələrinə vergi ödəməyi dayandırdı. Bununla belə, iqtisadi əlaqələr qırıldı.
4. Ümumi defisit. Soyuducu, televizor, mebel və hətta tualet kağızı kimi adi əşyaların “tapılmasının” zəruriliyi, bəzən də onların “çıxarıb atıldığı” – gözlənilmədən satışa çıxarıldığı hal əziyyət verirdi, vətəndaşlar da bütün işlərini kənara qoyaraq az qalırdı ki, növbələrdə savaşsın. Bu təkcə başqa ölkələrin həyat səviyyəsindən dəhşətli geri qalma deyildi, həm də tam asılılığın dərk edilməsi idi: şəhərdən kənarda (bağda) ikimərtəbəli, hətta balaca ev olmamalıdır, bağ üçün altı “sotdan” artıq torpaq əldə etmək olmaz.
5. Ekstensiv (keyfiyyətcə deyil, ancaq kəmiyyətcə artan) iqtisadiyyat. Bu olduqda məhsul istehsalı eynilə istifadə olunmuş əsas istehsal fondlarının, maddi vəsaitlərin və işçilərin sayının artması dərəcəsində yüksəlir. Əgər istehsalatın effektivliyi yüksəlmirsə, onda əsas istehsal fondlarının – avadanlıqların, otaqların yenilənməsinə vəsait qalmır, elmi-texniki yeniliklər heç nəyə tətbiq edilə bilmir. SSRİ-nin istehsal fondları çox işlənib xarab oldu. 1987-ci ildə “Sürətləndirmə” adlı tədbirlər kompleksini tətbiq etməyə səy göstərdilər, lakin acınacaqlı vəziyyəti artıq düzəldə bilmədilər.
6. Belə iqtisadi sistemə inamın böhranı. Xalq istehlakı malları yekrəng idi – Eldar Ryazanovun “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmində qəhrəmanların Moskvada və Leninqraddakı (Sankt-Peterburq) evlərində mebel dəstini, lüstrunu və boşqablarını yadınıza salın. Hətta yerli mallar aşağı kefiyyətli oldu – maksimum icra asanlığı və ucuz materiallar. Mağazalar heç kəsə lazım olmayan qorxunc mallarla dolu idi, insanlar isə defisitin dalınca qaçırdılar. Keyfiyyətə nəzarət aşağı olduqda, kəmiyyət üç növbədə buraxılırdı. 1980-cı illərin əvvəlində “sovet” sözünün mallara aid sinonimi “alçaqsortlu” oldu.
7. Maliyyə israfçılığı. Xalqın xəzinəsini demək olar ki, hər tərəfdən məğlub olduqları qızğın silahlanmaya buraxdılar, həm də sovet pullarını həmişə sosial düşərgə ölkələrinə yardım qismində göndərirdilər.
8. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi. Əvvəlki izahatlardan göründüyü kimi, istehsal durğun idi. Belə ki, 1980-cı illərin əvvəlində SSRİ necə deyərlər, neftin üzərində möhkəm oturmuşdu. 1985-1986-cı illərdə neftin qiymətinin kəskin azalması neft nəhəngini yıxdı.
9. Mərkəzdənqaçan millətçi meyllər. Xalqların avtoritar rejim dövründə məhrum olduqları mədəniyyətini və iqtisadiyyatını müstəqil surətdə inkişaf etdirmək istəyi. Çaxnaşma başladı. Moskvanın Qazaxstan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin “öz” birinci katibini zorla qəbul etdiyinə qarşı 1986-cı ilin 16 dekabrında Alma-Atada etiraz nümayişi. 1988-ci ildə Qarabağ münaqişəsi, ermənilərin və azərbaycanlıların qarşılıqlı etnik təmizləmələri. 1990-cı ildə Fərqanə vadisində (vadinin əhatə etdiyi ölkələr – Qırğızıstan, Özbəkistan, Tacikistan) baş verən qarışıqlıq (Oş qırğını). Krımda qayıtmış krım tatarları ilə ruslar arasında. Şimali Osetiyanın şəhərətrafı ərazisində osetinlər və qayıtmış inquşlar arasında.
10. Qərarların (bir mərkəzdən) Moskva tərəfindən qəbulunun monosentrizmi (Monosentrizm – hələ irqlərə bölünməmiş müasir insanın Yer kürəsinin bir bölgəsində, bir qədim insan formasından yarandığını irəli sürən elmi konsepsiya). Bu, 1990-1991-ci illərdə müstəqillik paradından sonra adlanan bir vəziyyətdir. Müttəfiq ölkələr arasında iqtisadi əlaqələrin qırılmasından başqa muxtar respublikaların ayrılması baş verir – onların əksəriyyəti Ümumittifaq qanunlarının respublika qanunlarından birinciliyi mübahisəsinin getdiyi Müstəqillik bəyannaməsini qəbul edir. Əslində, dövlət miqyasında qanunsuzluğa yaxın olan qanunlar müharibəsi başladı.
«Вечерняя Москва» qəzetinin 25 dekabr 2013-cü il buraxılışından tərcümə olunmuş məqalə.