n2006

n2006 Kişilər 30-08-2022, 07:00

Boşanmaq kişinin sağlamlığını məhv edir

Boşanmaq kişinin sağlamlığını məhv edir
Boşanmaq, xüsusən də 40 yaşdan yuxarı kişilər üçün, eləcə də uzun müddət münasibətdə olduğu partnyordan, sevgilidən ayrılmaq kişi sağlamlığı üçün zərərlidir.

Kopenhagen universitetinin alimləri bir neçə min kişi və qadın üzərində apardıqları elmi araşdırma nəticəsində bunu sübut ediblər.


İştirakçılar 45-65 yaş arası olub. Belə ki, onların hamısı 1988-2011-ci illər arasında boşanıblar. Alimlər onların qanının iltihab göstəricilərini yoxlayıb.
Xroniki sistem iltihabı ürək-damar, şəkər, infarkt, xərçəng riskini artırır.

Nəticələr göstərib ki, şəxsi həyatında çox ayrılıq və uğursuzluq yaşayan, boşanan, uzun illərini tənha keçirən kişilərin qanında iltihab markeri çoxalıb. Qadınlarda isə uzun illər kişisiz qalmaq qanda iltihab artırmır.

Onların endokrin sistemi və hormonları bundan qoruyur.

Belə ki, boşanan kişilərin qanında S-reaktiv zülal 17% artmış olur.

7 il tənha yaşayan kişilərdə bu rəqəm daha da artır.

Bu göstəricilər savadlı, savadsız, orta gəlirli və ya yüksək gəlirli kişilər üçün eynidir.

Bu iltihab göstəricisi kişilərin qəfil və erkən ölüm riskini də artırır.

Ona görə də boşanma kişi sağlamlığı üçün həyati təhlükəli hesab olunmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
552 565 588 571 510 512

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.