n2006

n2006 Maraqlı 30-08-2022, 10:00

Göyərçin ətini yemək olarmı? - Faydaları, zərərləri

Göyərçin ətini yemək olarmı? - Faydaları, zərərləri
Göyərçin əti qədimdən delikates hesab olunub, daha çox şah, kralların süfrəsində olub.
Lakin sonradan evlərdə, şəhərlərdə insanların saxladığı və sülh quşu rəmzi hesab edildiyi üçün onu kəsib bişirmək qadağan olunub. Amma qidada və kulinariyada daha çox çöl göyərçini ovlanıb istifadə olunur.
Göyərçin əti qidaya uyğundur, toyuq və bildirçin ətinin dadını verir. Çox zərif, qənri bir qədər tünd və göyümtül. Çəkisi 800 qramı keçmir.
Bişirmək üçün 1-2 aylıq quşlar uyğundur, çox uçan göyərçinlərin əzələ kütləsi bərkiyir.

LoaDinG.Az göyərçin ətinin faydalarını təqdim edir.
Ətin tərkibinə xolin, A, B, C, PP vitaminləri, kaliy, maqniy, sink, selen, marqans, kobalt, dəmir, fosdor daxildir.
Bu ətin zülalı insan orqanizmi tərəfindən tam və rahat mənimsənilir.
Qədimdə ağır xəstələr, yataq xəstələri və həyat enerjisini itirən xəstələrinə göyərçin bulyonu bişirib verərdilər.
Göyərçin əti immunitet üçün faydalıdır, kalorisi az olduğu üçün piylənməyə səbəb olmur, ürək və damarları təmiz saxlayır.
Uşaq və yaşlıların qida rasionu üçün uyğundur.
Göyərçin ətini kabab etmək, qızartmaq, bulyon bişirmək, tərəvəzlərlə bişirmək olar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
471 402 417 432 369 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.