n2006

n2006 Maraqlı 31-08-2022, 09:30

Dünyanın ən böyük kəpənəyi: Atlaz kəpənəyi

Dünyanın ən böyük kəpənəyi: Atlaz kəpənəyi
Atlaz kəpənəyi (Latınca: Attacus atlas) - dünyanın ən böyük kəpənəklərindən biri hesab olunur. Qanadlarının uzunluğu 30 sm-ə çatır.

Cənubi və Cənub-Şərqi Asiya ərazisində yayılmışdır. Nəhəng ölçüsündən başqa bu kəpənəyi qeyri-adi edən cəhət odur ki, bu kəpənəyin qanadlarının ucunda kobra ilanın dəqiq təsvirləri var. Hər qanadında eyni boyda və rəngdə iki eyni və simmetrik kobra təsviri öz əksini tapıb. Bu görüntü kəpənək üçün güclü bir silah rolunu oynayır, belə ki, yırtıcıları qorxutmaq üçün istifadə edir.

Qeyd etmək lazımdır ki, dişi Atlaz kəpənəyi erkəklərə nisbətən daha böyükdür və hərəkətsizdir. Fərdlər kol və ağac yarpaqları ilə qidalanır. Qaranlıqda daha fəaldırlar, buna görə "Qaranlıq Şahzadəsi" ləqəbini alıblar.

Atlazın gövdəsi qanadlarından daha qısadır, lakin qalın və həcmlidir, qırmızı-qəhvəyi rəngdədir. Erkək və dişi kəpənəklərin qanadlarının rəngi eynidır: ümumi fon şabalıdı-qırmızıdır - mərkəzdə tünd və kənarlarında daha parlaq, qanadların kənarlarında isə nazik qara və açıq qəhvəyi zolaqlar var.

Bu kəpənəklər əsasən tropik və subtropik meşələrdə yaşayır. Bütün böyük heyvanlar kimi bu kəpənəklər də həssasdırlar və kütləvi şəkildə məhv edilirlər. İnsanlar bu kəpənəkləri ancaq iqtisadi məqsədlər üçün məhv edirlər. Hindistanda kəpənəyin qanadı bəzən ip düzəltmək üçün istifadə olunur. İpək qurd ipliklərindən fərqli olaraq, atlaz iplər daha davamlı olur.

Atlaz kəpənəyin adı Qırmızı Kitaba salınmayıb, lakin kütləvi şəkildə məhv edildiyindən qorunmağa ehtiyacı var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
509 563 433 475 500 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.