n2006

n2006 Maraqlı 31-08-2022, 08:40

Sürünənlər fəsiləsindən zəhərsiz ilan

Sürünənlər fəsiləsindən zəhərsiz ilan
Piton dünyada ən uzun ilan sayılır. Çox təhlükəli olsa da, zəhəri yoxdur.

Uzunluğu bəzən 7 metrə çatan pitonlar Afrika, Avstraliya və Asiyanın tropik regionlarında yaşayır. Həmçinin onlara səhralarda, savannalarda və tropik meşələrdə rast gəlmək olar.

Piton şikarını dişləmir, öz möhkəm fəqərələri ilə onu sıxaraq öldürür, sonra isə bütöv halda udur.

Digər ilanlar kimi, pitonun da çənəsi şikarı udmaq üçün xüsusi quruluşa malikdir və adi halda olduğundan bir neçə dəfə genişlənə bilir. Bunun sayəsində piton hətta insanı belə uda bilər.

Antiloplar, meymunlar və kaymanlar pitonların ən çox xoşladıqları qidalardır.

Bəzi insanlar pitonları ev heyvanları kimi saxlayır. Onlar böyük və uzun olsalar da, təhrik edilməsə, insana hücum etmirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 415 377 397 459 432

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.