n2006

n2006 İdman 11-09-2022, 09:38

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub
İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldunun nailiyyətini geridə qoyub.

LoaDinG.Az`ın məlumatına görə, 34 yaşlı hücumçu buna "Kadis"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda müvəffəq olub.

Polşalı forvard yerli çempionatdakı ilk 5 matçında 6 dəfə fərqlənib. Ronaldu 2009-cu ildə "Real Madrid"də oynadığı dönəmdə La Liqadakı ilk 5 görüşdə 5 qola imza atıb.

Qeyd edək ki, Robert Levandovski iyulda Almaniya "Bavariya"sından Kataloniya təmsilçisinə keçib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
376 373 320 378 335 347

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.