Islamda həcc
Həccin dəlili Allahın bu kəlamıdır: Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar) Əlbəttə Allah aləmlərə (heç kəsə) möhtac deyildir. (Ali İmran 97) Yetginlik yaşında, ağlı başında, gücü,qüvvəti yerində olan hər bir zəngin müsəlmanın ömründə bir dəfə, Həcc vaxtında Kə'bəni və ətrafındakı mübarək yerləri ziyarət etməsidir. Fərzdir.
Həcc mal və bədənlə edilən bir ibadətdir.
Fağırlara, şikəstlərə, iflic olanlara Həcc fərz deyildir. Yolun salim olması da şərtdir.
Üzərinə həcc fərz olmayan şəxsin möhtac olduğu malını və mülkünü sataraq Həccə getməsi doğru deyildir.