Dünyanın ən qəribə bitkiləri - FOTO

Dünyanın ən qəribə bitkiləri - FOTO
Bəzi bitkilər qəribəlikləri ilə fərqlənir.
Loading.az dünyanın ən qəribə 10 bitkisini təqdim edir:
- Dionaea muskipula (venera ağcaqanad tələsi)
Venera ağcaqanad tələsi güclü və təsirli tələləri ilə ətyeyən bitkilər arasında ən məşhurudur. Nəsli tükənmək üzrə olan bitkinin açılıb-qapanan yarpağı ultrahəssas tüklərlə örtülüdür. Bu tüklər qarışqadan qırxayaqlıya qədər hər canlının varlığını duyur və həmin anda yarpaqlar 1 saniyədən belə az müddətdə bağlanır. Venera ağcaqanad tələsi bu şəkildə qidalanır.
- Raflesia Arnoldi (dünyanın ən böyük çiçəyi)

Bitkinin uzunluğu 90 sm, çəkisi isə 7-11 kq-dır. Əsasən rütubətli ərazilərdə yaşayan bitkidən pis qoxu gəlir. Bu isə böcəkləri özünə cəlb edir. Çürümüş ət qoxusu verən Raflesia Arnoldi ana vətəni İndoneziyada “cəsəd çiçəyi” kimi tanınır. Açdığı çiçəklər 3 gündən 1 həftəyə qədər qalır.
- Selaqinella Lepidofilla (yenidən dirilmə bitkisi)
Bitki su olmadan belə yaşama qabiliyyətinə malikdir. Quraq iqlimdə gövdəsi birləşərək top formasını alır, rütubətli ərazilərdə isə top şəklindən çıxaraq açıq formaya keçir.
- Velvisçia Mirabilis (dünyanın ən dayanıqlı bitkisi)

Bitki yalnız 2 yarpaq, güclü sap və kökdən ibarətdir. Gözəl qruluşa malik olmasa da, özəllikləri ilə fərqlənir. Sap uzandıqca qalınlaşır və 2 m hündürlüyə, 8 m enə doğru hərəkət edir. Velvisçia Mirabilis 400-1500 il ömrə malikdir. Yağış suyu olmadan belə 5 il yaşaya bilir.
- Desmodium qrians (rəqs edən bitki)

Bitkinin yetişdirilməsi çox asandır. Sulanan və yaxşı qulluq göstərilən desmodium qrians günəşli gündə rəqs edə bilir.
- Amorfopalus titanum (leş çiçəyi)

İnsan boyundan da hündür olan bu bitki indoneziyalılar tərəfindən titanarum (leş çiçəyi) adlandırılır. Bitki çox zərif görünsə də, ətrafa yaydığı qoxu heyvan leşinə bənzəyir.
- Mimoza pudika (küsdüm çiçəyi)
Pudika utanan mənasını verir. Mərkəzi və Cənubi Amerikaya xas küsdüm çiçəyi digər bitkilərdən çox fərqli bir özəlliyə sahibdir. Bitkiyə toxunduqda yarpaqlar bir-birinə birləşərək örtülür, 1-2 dəqiqə içərisində isə yenidən açılır.
- Baobab (butulka ağacı)

Vətəni Madaqaskar, Afrika və Avstraliya olan baobab formasına görə butulkaya bənzəyir. Bitkinin içərisində 300 litr su olur.
- Drakaena Sinnabari (əjdaha qanı ağacı)
Qəribə görüntüyə malik bitki ilk dəfə 1882-ci ildə kəşf edilib. Vətəni Sokotra adası (Hind okeanının şimal-qərbində yerləşir) olan bitki çətir formasındadır. İnsanlar qədim zamanlarda ağacın suyundan müalicəvi məqsədlə istifadə edib.
- Eforbia Obese (beyzbol topu bitkisi)
Vətəni Cənubi Afrika olan bitkinin nəsli tükənmək üzrə olsa da, geniş şəkildə becərilir.
[media=//www.youtube.com/watch?v=JNbuhosIa9I]






