Yuxu haqqında bilmədiklərimiz

Yuxu haqqında bilmədiklərimiz
- Yuxu və yatmaq infakt, xərçəng kimi xəstəliklərin riskini azaldır. Yəni, gündə ən az 5 saat yatmaq önəmlidir.
- Yuxularımızın yalnız yarısı səslidir. Digər yarısı isə səssiz filimlər kimidir.
- Texnologiya yuxuarımıza təsir edir. 1950-ci ilə qədər rəngli televizorlar yox ikən insanlar rəngsiz yuxular görördülər və bu ildən əvvəl doğulanlar hələ də əsasən rəngsiz yuxular görməyə davam edir. 1960-cı ildən rəngli televizorların bazara çıxarılması ilə yuxular da rənglənmişdir.
- Gündəlik həyatımızda şahidi olduğumuz hadisələr 5-7 gün içində yuxumuza girər.
- Ətirlər yuxunuzu idarə edə bilir. Gözəl qoxuların yaxşı yuxu görməyinizə səbəb olduğu isbat olunmuşdur. Bu səbəbdən də yastığınıza damcılatdığınız bir neçə damcı xoşagələn qoxu sizin yuxunuzu xoş edəcəkdir.

- İnsan yuxudan oyandıqdan 5 dəqiqə sonra yuxunun yarısını, 10 dəqiqə sonra isə 90% ni unudur.
- Yuxuda mənfi hislərə, müsbət və xoş duyğulardan daha çox rastlanılır.

- Qadınlarla, kişilərin yuxu xüsusiyytləri fərqlidir. Kişilər yuxularında 70% həmcinslərini görərkən, qadınlarda bu faiz bərabərdir.

- İngiltərənin elmi əsaslara dayanan jurnallarından olan New Scientistə görə 60 il yaşayan bir insanın toplamda 5 ili yuxu görməklə keçir.






