ice berg

ice berg Sevgi 16-10-2022, 01:23

Bəlkə də sənsən..

Bəlkə də sənsən..
Ehtiyacım olan hər şey sənsən. İnandığım gələcək, heçə saydığım keçmiş, tükənməyən ümüdlərin adı sənsən. Sən, ehtiyac duyduğum hər şeysən. Gülümsəmə səbəbimsən. Yatılı olduğun zamanlarda belə oyaq qalmağıma səbəb. Sakitliyim və ən böyük qəzəbim,məqsədlərim,hər dəqiqə dəyişən amma öncədən düşünülmüş fikirlərim, məntiqsizliyim, bağlı olduğum, qopa bilmədiyim tək şey sənsən. Bəzən başqa birinə ehtiyac duyma səbəbimsən. Dözülməz amma əl çəkməsi mümkün olmayan, dönüb dolaşıb gəldiyim ünvan sənsən. Bəzən içimdəki bütün alçaq hisslərin adı sənsən...Qürur, kibir, qısqanclıq,kin nifrət, qəddarlıq, axıb gedən göz yaşları,həyacanım,varlığımı titrədən qorxum,əllərimi əsdirən sevincim...Düşündükcə ağlıma gələn bir sürü səbəb sənsən. Ehtiyac duyduğum hər şeysən. Xəyalını qurduğum tək şey sənsən..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
726 842 636 665 686 719

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.