sonsuz_sevgi

sonsuz_sevgi İslam Dini 16-10-2022, 16:00

Diini Suallar ve Cavablari

Diini Suallar ve Cavablari
Sual: Əgər sübh namazı bilmeden qəezaya düşübse, bu zaman onun qəzasını zöhr girəndən sonra qılmaq lazımdır, yoxsa əvvəl?

Cavab: Ümumiyyətlə namazı gecikdirməyin iki halı vardır. Birinci hal; müsəlman namazını səbəb götürdükdən sonra vaxtında qılmır, ancaq bunagöre heç bir günah qazanmır ve vaxtında qılmış namaz kimi sayılır. Məsələn: müsəlman sübh namazına qalxmaq üçün tez yatır, ayılmaq üçün sebeb götürürse ve lakin yatıb qalırsa o zaman günah qazanmır ancaq ayılan kimi namazını qılmalıdır. İkinci hal; səbəb götürmədən (üzürsüz yerə) namazı vaxtı çıxana qədər gecikdirərsə o zaman günah qazanır. Ancaq yenə gecikdirmədən qılmalıdır.
Sizdə sübh namazını her hansı bir səbəbə görə gecikdirmisinizsə o zaman onu gecikdirmədən tez qılın.

Sual: Tövbə nə vaxt qebul olunmaz?

Cavab: Tövbə 2 halda qəbul olunmaz.
1. Insan ölüm mələyini görəndə, yəni ölüm anında. Allah Teale buyurur: "Günah işleri görməyi davam etdirib yalnız ölüm yatağında mən indi tövbe etdim deyəndən və kafir kimi ölənin tövbəsi qəbul olunmaz". (en-Nisa 17,18)
Peyğember – Allahın ona salavatı ve salamı olsun - buyurdu: "Allah qulunun tövbəsini ruh boğazdan çıxanadək qəbul edir." (Ehmed, Tirmizi, el-Albani “Sehihul Cemi” 6132)

2.Günəşin batdığı yerdən çıxdığı zaman. Bu da Qiyametin 10 böyük əlamətlərinden biridir. Ebu Hureyre – Allah ondan razı olsun – rəvayət edir ki, Peyğəmbər – Allahın ona salavatı ve salamı olsun - buyurdu: “Allah qulunun tövbəsini gün batdığı yerdən çıxanadək qəbul edir”

Sual: Hədisdə gəlib ki, suda boğulan adam Cənnətə düşür, bu bütün suda boğulanlara aiddir? Mənim bir neçe tanışım suda boğulub, dinlə heç bir əlaqəsi olmayan adamlar idi.

Cavab: Bu suda İntihar etmək qəsdi ile özünü batırandan başqa bütün suda batan müsəlmanlar Şəhiddir, lakin onlara sorğu sual olunacaq.
Ebu Hüreyre (Allah ondan razı olsun) Peyğəmbərin (ona, ailesine ve sehabelerine Allahın salavatı ve salamı olsun) bele dediyini revayet edir: "bir kişi yolla getdiyində tikanlı bir budaq gördü ve onu yoldan qaldırdı. Allah Teale ona buna göre təşəkkür etdi ve onu bağışladı." Sonra beə buyurdu: "Şəhidler beşdir: "Taundan ölən, qarın xesteliyinden ölən, suda boğulub ölən, dağıntı altında qalıb ölən, Allah yolunda vuruşaraq şəhid olan."

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
652 663 606 536 597 548

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.