ice berg

ice berg Maraqlı 24-10-2022, 18:00

Ən çox görünən 8 YUXU və SƏBƏBLƏRİ

Ən çox görünən 8 YUXU və SƏBƏBLƏRİ
Avstraliyalı psixoloq 30 illik kariyerasında analiz etdiyi 100 min yuxu içərisində ən çox görünən 8 yuxunun siyahısını tərtib edib.

1 Qovulmaq


Qaçmağa çalışmaq hər kəsin öz arzusu ilə həyata keçirilən bir hərəkət növüdür.Başqası tərəfindən qovalanaraq qaçmaq isə kimdənsə qorxmağın və ya üzləşmək istəməməyin əlamətidir.

2 Diş düşməsi

Dişlər yalnız gülərkən və söhbət edərkən görünən bir orqandır.Yuxuda diş düşməsini özünə olan güvənini itirən adamlar daha tez-tez görür.

3 Hazırlıqsız imtahan vermək

Hər bir işini dəqiqliklə görən və hansısa bir çatışmazlığı olan insanların gördüyü yuxudur.Belə adamlar ən az işlərini belə yarımçıq qoyub yatsalar yuxularında imtahan veriklərini görürlər.

4 Uçmaq

Uzun zaman ağır işlər görən adamların yuxularında rahatlıq tapmalarına işarədir.Onlar yatarkək özlərini quş kimi rahat hiss edərlər.

5 Yıxılmaq

Özünə idarəetməni itirənləri ən çox gördükləri yuxudur.

6 Maşın sürən zaman idarəetməni itirmək

Öz işləriniə nəzarət edə bilməyən adamların gördüyü bir yuxudur.
Qəfildən bir qəza törətmək işlərindəki uğursuzluğun nəticəsinin əlamətidir.

7 Gizli bir otağa daxil olmaq

Bu yuxu onu görən adamın xarakterli olmasına işarədir.Gizli otağı tapması isə onun işlərində şansının artacağına işarədir.

8 Gecikmək

Birisi problemlərini həll etmək əvəzinə ertələyərsə bu yuxunu görür.Bu yuxu həm də onun öz işini qoyub,başqalarının işlərini həll etməyini bildirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 375 379 329 349 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.