n2006

n2006 İslam Dini 26-10-2022, 22:00

İnsanı məhvə doğru aparan yol.

İnsanı məhvə doğru aparan yol.
İnsanı məhvə doğru aparan yol
Bir nəfər şəxs ölüm cəzası ilə cəzalandırılır. Həmin şəxsə həyatının bağışlanması üçün sadəcə bir şans verilir. Onun olduğu hücrəyə yaxından tanıdığı bir qadın, bir uşaq və bir də spirtli içki qoyurlar və ölümdən qurtulması üçün 3 şərt müəyyən edirlər:


1) Ya qadına təcavüz et...
2) Ya uşağı öldür...
3) Ya da spirtli içkini iç...


Yəni məhkum ölüm cəzasından azad olmaq üçün bunlardan birini etməli idi...
Məhkum edilmiş şəxs qarşısına qoyulan şərtlərin əvvəlcə çətin olduğunu düşünsə də bir qədər sonra bu fikrini dəyişir. Ürəyində özü-özünə deyir:
"Qadına təcavüz edə bilmərəm. Çünki o mənim ən yaxın dostumun həyat yoldaşıdır... Uşağı öldürə bilmərəm. Çünki mən həyatım boyu heç adicə bir qarışqanı da incitməmişəm. Mən cinayətkar deyiləm... Ancaq o biriləri ilə müqayisədə edə biləcəyim tək şey spirtli içkini içməkdir..."
Ölüm cəzasına məhkum edilmiş şəxs bunları ürəyində fikirləşdikdən dərhal sonra spirtli içkini götürərək axıra qədər içib qurtardı. İndiyə qədər heç vaxt birdən-birə bu qədər çox spirtli içki qəbul etməmişdi. İçki ona tez mənfi təsir göstərdi. O, artıq öz davranışlarını idarə etmək qabiliyyətini itirmişdi. Həyatı boyu bir qarışqa belə incitməyən insan bir anda vəhşi heyvana döndü. Öncə spirtli içkinin təsiri altında ən yaxın dostunun həyat yoldaşına təcavüz etdi... Daha sonra isə neçə dəqiqədir ki, ağlayıb səs-küy salan balaca uşağın üzərinə hücum edərək onu boğub öldürdü...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
523 577 444 491 516 511

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.