sonsuz_sevgi

sonsuz_sevgi Maraqlı 30-10-2022, 15:00

Alimlər qadınların qıdıq nöqtəsini tapdı

Alimlər qadınların qıdıq nöqtəsini tapdı
Qadınların bədəni kişilərə nisbədən qıdıqlanmaya daha həssasdır və onlar bundan qorxur.
LoaDinG.Az bildirir ki, alimlər bu sindromun səbəbini xüsusi cihazla araşdırıblar.
Belə ki, Okleand universitetinin biomühəndisləri TicleFoot adlı mexanizm icad ediblər.
Bu cihaz ayağın altını hərəkət edən xırda ucluqlarla qıdıqlayıb qıcıqlandırır.
Fırça müxtəlif bucaqlarda yerləşdirilib və pəncə, dabanın qıdığa ən həssas nöqtəsini təyin edir.
Alimlər 6 qadın və 6 kişi üzərində eksperiment aparıb.
Onların ayağının altı bu cihazla qıdıqlandırılıb.
Qıdığa reaksiya 1-dən 7-ə kimi balla qiymətləndirilib.
Qadınlarda bu rəqəm 5,5, kişilərdə isə 3,5 olub.
Müəyyən olunub ki, qadınlarda dabanın mərkəzi, kişilərdə isə ayaq barmaqlarının altı daha çox qıdığa həssasdır.
Eyni zamanda qadınlar ayağını cihaza taxanda və fırça onlara toxunanda qıdıqdan öncə həyəcanlı reaksiya verdiyi halda kişilər buna sakit yanaşıb.
Qıdıqlanma qadınlarda daha çox gülüşə səbəb olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
352 336 335 355 306 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.