Lola

Lola Müxtəlif 16-07-2017, 18:36

Charles Withman

Charles Withman
Charles Withman

Bu insan (şəkildə sağdan ikinci) ağıllı məntiqli bir şəxs olmağına baxmayaraq öz anasını və həyat yoldaşını amansızca öldürdü və ardından 1966-cı ildə Texas Universitetində bir qətliam törətdi və sonunda özü də öldürüldü. Özü xaric binadan 13 nəfər ölü 33 nəfər yaralı çıxdı.İntihar məktubunda belə yazırdı "Çox insan tərəfindən ağıllı bir şəxs kimi tanınsamda hal hazırda beynimdə başa düşmədiyim dəyişikliklər baş verir və bu mənim məntiqsiz qərarlar almağımı təmin edir"
Və siz ona insan həyatı alan bir qatil adını verirsiniz dayanın sual verin özünüzə bəs bu insan niyə qatil oldu?
Çox insan kimi sizdə bu insana manyak və şərəfsiz qatil deyərək hökmləndirdiniz ancaq məsələnin birdə bu tərəfi var Charlesin cinayətkar olmasına səbəb beyində baş verən proseslər idi.Hadisədən sonra beyni açıldı və araşdırıldı beynində qəpik pul boyda şiş olduğu görüldü .Gilyoblastom adı verilən bu şiş talamus alt qismindən çıxıb hipotalamusa qədər uzanıb amiglada deyilən yeri sıxışdırırdı.Amiglada hiss və qorxunu balanslaşdıran bir bölgədir və amigladanın sıxışması nəticəsində Charles hiss və qorxu qabiliyyətini itirmişdi. Bu cinayəti etməyinin səbəbi bu idi. Demək istədiyim bir obyekti (məna olaraq)bizə var olması üçün ona necəlik qatmağımız lazımdır. Bu necəliyi isə hadisələrə üzdən baxmaqla təyin edə bilərik. Ancaq həmişə gördüyümüzdən daha çoxu vardır. Ona görə də necəliyi nəyə görə verməyimiz çox önəmlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
595 593 579 547 563 586

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.