Lola

Lola Mətbəx 17-07-2017, 01:58

Rokoko tortu

Rokoko tortu
Rokoko tortu


Yayda dondurmaya alternativ olan rokoko tortunu dada bilərsiniz. Həm sizi sərinlədəcək, həm də şirniyyat yemək ehtiyacınızı aradan qaldıracaq.
Loading.az rokoko tortunun hazırlanma qaydasını təqdim edir.

Altı üçün:

2 stəkan süd
2 paket krem ​​şanti
2 ədəd yumurta
1 paket südlü şokolad
Yarım su stəkanı qədər şəkər tozu
1.5 paket kakaolu peçenye
250 qr qoz ləpəsi


Üstü üçün:

1 paket hazır şokolad sousu
Yarım litrə qədər süd


Hazırlanması:

Əvvəlcə bir qabda iki stəkan südlə iki paket krem ​​şantini mikserlə yaxşıca çırpın. Başqa bir qabın içində də iki yumurta və yarım stəkan şəkər tozunu şəkər əriyənə qədər mikserlə çırpın. Sonra hər iki qarışımı bir-birinin üstünə tökün, mikserin aşağı sürətilə qarışdırın. Üzərinə əlimizlə qırıb, əzdiyimiz peçenyeləri tökün. İri doğranmış qoz ləpəsi və südlü şokoladı da əlavə edib qarışdırın. Bu qarışımı kiçik bir şüşə qaba töküb, üzərini streçlə bağlayıb. Bir gecə buzxanada saxlayın. Servis etmək istəyəndə şokolad sousunu hazırlayıb, rokokonun üzərinə tökün.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
619 618 522 489 549 500

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.