n2006

n2006 Mətbəx 6-11-2022, 18:05

Mayonezsiz Pəhriz Salatı

Mayonezsiz Pəhriz Salatı
Az ərzaqla tez hazırlaya biləcəyiniz dadlı və faydalı salat. Xüsusən də pəhrizdə olanlar üçün idealdır. LoaDinG.Az mayonezsiz pəhriz salatının reseptini təqdim edir.

Tərkibi:

0,5 kq kələm ( ağ və ya qırmızı )
2 ədəd yerkökü
yarım dəstə şüyüd
zövqə görə qırmızı, ağ və ya göy soğan
Sousu üçün:

3 xörək qaşığı zeytun yağı
1-2 xörək qaşığı limon şirəsi
1 çay qaşığı xardal
duz
Hazırlanma qaydası:

İlk öncə qırmızı və ya ağ kələmi nazik doğrayın. Yerkökünü rəndənin iri gözündən keçirin. Yarım dəstə şüyüdü xırda doğrayın. Bir qabda xırda doğranmış kələm, şüyüd və rəndələnmiş yerkökünü qarışdırın. Sousu hazırlamaq üçün başqa bir qabda zeytun yağı, limon şirəsi, xardal və duzu qarışdırın. Sousu salata əlavə edib yaxşıca qarışdırın. Zövqə görə salata ağ, qırmızı və göy soğan əlavə edə bilərsiniz. Salat hazırdır!

Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
448 390 474 457 478 474

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.