n2006

n2006 Sağlamlıq 12-11-2022, 16:45

Ərə gedən qadınlar niyə kökəlir?

Ərə gedən qadınlar niyə kökəlir?
[Nikah qadının çəkisinə güclü təsir göstərir. Təcrübələr göstərir ki, ərə gedən xanımlar ilk altı ay ərzində təxminən 2 kq kökəlirlər. Toya qədər sərt pəhriz saxlayıb arıqlayanlar isə bu müddət ərzində 3,2 kq kökəlirlər.

LoaDinG.Az bildirir ki, 250 gəlinin müşahidəsi maraqlı faktlar ortaya qoyub. Onların tam yarısı toya qədər arıqlamaq istəyib, amma heç cür buna nail ola bilməyib. Toydan sonra isə 2,1 kq çəki alıblar. Flinders Universitetinin mütəxəssisləri deyirlər ki, onların çoxu özündən narazılıq hissi ilə rastlaşır. Çünki hər üç gəlindən birinə toydan əvvəl arıqlamağı ya bəy, ya da qohumlar məsləhət görürlər.

Elə gəlinlər olub ki, gəlinlik paltarını geyinmək üçün təcili 9 kq atmağa çalışıblar. Əgər bununla bağlı qadın üstəlik güclü stress keçiribsə, o zaman o, 6 ay ərzində 4,5 kq çəki yığıb. Bu fakt mütəxəssisləri təəccübləndirmir. Onların sözlərinə görə, toydan sonra qadın pəhrizi atır, “boşalır”, motivasiyası olmur: axı həmişəki kimi ideal görünməyə gərək yoxdur, ər artıq “başının altındadır”./size]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
472 580 456 431 483 446

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.