Ən çox gecələri darıxıram...
Gecə oldu yenə səndən yazıram, həmişə gecələri yazıram səndən, çünki ən çox gecələri darıxıram.. Ən çox gecələri.. Darıxıram..Darıxdıqca yazıram.Yazdıqca huzur tapıram.Sənə yazdığım neçənci yazı, neçənci məktub bilmirəm.Bilmədən yazıram, canım gözüm.Hisslərim tökülür barmaqlarımdan.İçimdəki hisslər dağılmır ama.İçimdəki duyğular azalmır.
Şairlər kimi bir şam işığında yazmıram mən səni.Şair deyiləm ki mən.Nə başa düşərəm şeirdən?Mən sadəcə gənc yaşında birinə vurulmuş biriyəm.Sadəcə hisslərimi tökürəm misralara.Mən səni tökürəm misralara,ayələrə.Səni və sənə olan sevgimi tökürəm.Bir şam işığında deyil,göyüzü altında yazıram.Ay işığı vurur üstümüzə.Bəli, üstümüzə,bizə...Mənə və qəlbimdəki sənə vurur ay işığı.....