n2006

n2006 Moda.Dəb 15-11-2022, 16:30

Köhnəlmiş gödəkçələrdən necə istifadə etmək olar?

Köhnəlmiş gödəkçələrdən necə istifadə etmək olar?
Sevdiyiniz dəri gödəkçəni köhnəldiyi üçün geyinməyə utanırsınızsa, sizə yaxşı xəbərimiz var. Dizaynerlər büdcəyə qənaət etməyin yeni yollarını təklif edir.

Bəzi hissələri ağarmış və köhnəlmiş dəri gödəkçələr cari mövsümün böyük trendidir.

“Prada” moda evi bu ilin fevralında Milan Moda Həftəsi çərçivəsində köhnəlmiş dəri gödəkçələri nümayiş etdirdikdən sonra bütün stilistlər bu tendensiyanın izi ilə getməyə başladı. Odur ki, qarderobunuzda “qocalmış” dəri gödəkçə axtarmağın əsl vaxtıdır.

Ümumiyyətlə, bu il məşhur dizayner Miuccia Prada öz arxivini dərindən qazmağa və köhnə kolleksiyaları podiumlara qaytarmağa qərar verib. Bu gödəkçələrin sosial şəbəkələrdə məşhurlaşması ilə dəb blogerləri də onun axtarışına çıxdı, bütün influenserlər “Prada”nın dəri gödəkçələrinin daha sərfəli qiymətə oxşarlarını tapmaq üçün ikinci əl mağazalarını dolaşırlar. Lakin trend yalnız gödəkçələrlə məhdudlaşmır. Ətək, şalvar və aksesuarlar da köhnəlmiş dəridən hazırlana bilər.


Köhnəlmiş gödəkçələrdən necə istifadə etmək olar?







şəkil

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 450 440 424 444 379

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.