n2006

n2006 Maraqlı 16-11-2022, 13:00

Hər kəsin cibinə uyğun olmayan əşyalar – FOTOLAR

Hər kəsin cibinə uyğun olmayan əşyalar – FOTOLAR
İnsanların çoxunu bahalı geyimlər, avtomobillər, daşınmaz əmlaklar maraqlandırır. Lakin bəzi əşyalara qoyulan qiymələr bir çoxların cibinə uyğun olmaya bilər. Bu əşyaları təqdim edirik.



Bir vazanın inanılmaz qiyməti

Bu yaxınlarda Fransada 2 min avro dəyərində olan adi Çin vazası hərraca çıxarılsa da, onun yekun qiyməti 7,7 milyon avroya çatıb.

Paris yaxınlığındakı Fontenblo şəhərindəki “Osenat” auksionunda Sin sülaləsi üslubunda hazırlanmış çini güldan uğrunda mübarizəyə əsasən Çindən olan 30 alıcı qoşulub. Onlar əşyanın 18-ci əsrdə yaradıldığına əmin olduqlarını bildiriblər.

Hərrac evinin mütəxəssisi isə güldanın əntiq əşya olmadığını və XX əsrə aid olduğunu qeyd edib.

Buna baxmayaraq, güldan olduqca baha qiymətə adı açıqlanmayan çinli tərəfindən alınıb.



Ən bahalı oyuncaq

Mexanik oyuncaq “L’oiseleur” dünyanın ən bahalı oyuncağıdır. Onun qiyməti 6,25 milyon dollardır. Dəyərli oyuncaq İsveçrənin Kristian Bayne tərəfindən, 2340 ədəd cilalanmış poladdan yığılıb. Usta, onu yaratmaq üçün 15 min saat sərf etmişdir.

Ağırlığı 55 kq, uzunluğu isə 120 sm olan elit mexanika oyuncağı, ipək, atlaz və məxmərdən tikilmiş geyimdədir, üzü, ayaqları və əlləri isə farfordan hazırlanmışdır. Mexanik oyuncaq fleytada çala bilir.



Bir sərvət dəyərində olan xalça

Dünyanın ən bahalı xalçası XVII əsrə məxsus İran xalçasıdır. 2013-cü ildə o, Nyu-Yorkdakı “Sotheby’s” hərracında $33,7 milyona satılıb

Qeyd edək ki, həmin xalça XX əsrin əvvəllərində Vaşinqtonun “Corcoran Gallery of Art” muzeyinə maqnat Uilyam Klark tərəfindən bağışlanıb.



Avtomobilin göz qamaşdıran qiyməti

Bu ilin ən bahalı avtomobili “Rolls Royce Boa25t Tail” dır. Bu avtomobildən cəmi üç ədəd istehsal edilib. “Rolls Royce Boat Tail 570” at gücünə və 6,75 litrlik iki turbo V12 mühərrikə malikdir. Bu fantastik dizaynlı avtomobilin qiyməti də göz qamaşdırır. Nə az, nə azacıq, “Rolls Royce Boat Tail”ə sahib olmaq istəyənlər 28 milyon dollarından keçməli olacaqlar.



Ən dəyərli rəsm əsəri

1997-ci ildə həyatını itirən mücərrəd ekspressionist Willem də Kooning’in “Interchange” tablosu tarixin ən bahalı rəsmi mövqeyindədir. Bu rəsm “Art Institute of Chicago” muzeyində sərgilənir. Onun qiyməti təxminən 300 milyon dollardır.



Bir kostyumun qiyməti 9 milyon dollar

Heç bilirdinizmi ki, dünyanın ən bahalı kostyumu –amerikalı kosmonavtların kostyumlarıdır. Onların dəyəri təxminən 9 milyon dollardır. Bu kostyumlar, həmçinin dünyada ən bahalı geyim əşyası hesab olunurlar.



Xüsusi mağazalarda satılan siqaretlər

Dünyanın ən bahalı siqaretləri “Treasurer” markasına aiddir. Bu siqaretlərin bir qutusunun dəyəri təqribən 24 avroya bərabərdir. Onlar yalnız xüsusi siqaret satışı üzrə ixtisaslaşmış dükanlarda satılır.



Bu nə qəhvədir belə?

Dünyanın ən bahalı qəhvəsi hesab olunan Luşak qəhvəsi İndoneziyada hazırlanır. Mişk pişiyi qəhvə meyvələrini yedikdən sonra tumlarını mədəsində saxlayır. Daha sonra qıcqırmış qəhvə dənələrini ifrazat halında xaric edir. Bu qəhvənin illik ümumi istehsalı yalnız 380 kiloqramdır. Təbiətdə az tapılan bu qəhvə növünün 1 kiloqramı təxminən 580 dollara satılır.



153 milyon avroluq kitab

“The task”( tapşırıq) adlı kitab sadəcə 13 vərəqdən ibarətdir. Dünyanın ən bahalı kitabı sayılan bu əsərin müəllifi Tomas Alexander Hartmandır. Müəllif əsəri yazaraq çox maraqlı fundamental suallara toxunub. Məsələn, müəllif “ Biz kimik”, “ Haradan gəlmişik” və s . kimi sualları cavablandırmağa çalışıb. Kitab ilk dəfə 2009-cu ildə Dubayda keçirilən sərgidə nümayiş etdirilib. Lakin sonra müəllifin tələbi ilə bir daha sərgilənməyib. Qeyd edək ki, əsərin qiyməti nə az, nə çox 153 milyon avro ilə ölçülür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
477 446 467 369 368 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.