ice berg

ice berg Maraqlı 27-11-2022, 19:05

Bu dəfə qızılbalığın "arzusu reallaşdı"

Bu dəfə qızılbalığın "arzusu reallaşdı"
İngiltərəli balıqçı Endi Hakkett dünyanın ən böyük qızılbalığını tutub.

Bununla bağlı görüntüləri o, özünün sosial şəbəkə hesabından paylaşıb.

Bildirilir ki, narıncı rənginə görə "yerkökü" adlandırılan 30 kq-lıq balıq Fransanın Şampan şəhərindəki Blyuoter gölündə tutulub.

"Mən həmişə "yerkökü"nün orada olduğunu bilirdim, amma onu tutacağımı heç düşünməmişdim", - deyə 42 yaşlı balıqçı bildirib.

Kidderminster sakini balığı çəkməyə 25 dəqiqə vaxt sərf edib.

"Mənim atdığım yemi götürüb onunla yan-yana, yuxarı-aşağı getməyə başlayanda bunun böyük bir balıq olduğunu anladım. Sonra o, 30-40 yard məsafə üzdü və mən onun narıncı rəngini sezdim. Onu tutmaq gözəl idi, amma həm də bəxtim gətirdi", - deyə balıqçı bildirib.

O, video və şəkil çəkdirəndən sonra qızılbalığı suya buraxıb. Beləliklə, bu dəfə nağıllardakı kimi insanın deyil, balığın "arzusu reallaşıb".

Bu dəfə qızılbalığın "arzusu reallaşdı"


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
358 345 397 348 329 337

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.