ice berg

ice berg Programlar 29-11-2022, 20:33

Mobil telefonların şifrələri bu üsulla sındırıla bilər

Mobil telefonların şifrələri bu üsulla sındırıla bilər
Mobil telefonların şifrələri barmaqların temperaturunu izləyən termal kameralar vasitəsilə sındırıla bilər.

LoaDinG.aZ News24.az'a istinadən xəbər verir ki, şotlandiyalı alimlər mobil telefonların və ya kompüterlərin şifrələrini termal olaraq oxuyan qurğu istehsal ediblər.

Qlazqo Universitetinin alimləri aşkarlayıblar ki, telefonlarda saxlanılan termal kameralar şifrələrin daxil edilməsindən bir dəqiqə sonra sındırılmasına kömək edə bilər. Bu kameralarla birlikdə süni intellektdən istifadə etməyi bacaran tədqiqatçılar oxşar sistemlərin cinayətkarlar tərəfindən kompüter və smartfonları sındırmaq üçün hazırlana biləcəyi barədə də xəbərdarlıq ediblər.

Tədqiqatçılar vurğulayıblar ki, şifrə daxil edilərkən ekranı qızdıran istifadəçilərin barmaq ucları müəyyən müddətə qədər klaviaturada aşkarlana bilir. Bu ekranlardan çəkilmiş termal görüntüləri süni intellektlə birləşdirmək şifrənin nə ola biləcəyi ilə bağlı ardıcıl proqnozlar verməyə imkan yaradır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
494 454 471 451 491 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.