Gulusum

Gulusum Loading.Az-ın Həyatı 26-12-2022, 01:35

Hədəfim ~HasanLY~

Hədəfim ~HasanLY~
Hədəfim ~HasanLY~


»Adın və Soyadın«

Rövşən Həsənli


»Doğulduğun gün ,ay və il«

30 Mart 1992-ci il



Xarakter :


»Xasiyyətin«

Pozitiv enerjili,səmimi, mehriban,tərs və qısqanc

»Qorxuların«

Yaxınlarımı itirmək

»Peşmançılığın«
Heçvaxt elədiyim şeylərə görə peşman olmamışam.

»Xoşbəxtliyin«

Valideynlərim və dostlarım

»Əsəbləşdiyin«

Yalan,saxtakarlıq və yaltaqlıq edən insanlar

»Dostların«

DeliBirHatun, Amon(Ülvi)

»İlk sevgin«

Məktəb vaxtı olub. Elə onunla da ölüb.

»Məqsədin«

İstəklərimə və arzularıma çatmaq.

»Zəif cəhətin«

İnsanlara tez inanıb güvənməyim.

»Hobbin«

Rəsm çəkmək,Kitab oxumaq,Pianoda ifa etmək və maraqlı kəşflər etmək.

»Təhsilin«

Ali təhsilliyəm

»Nifrətin«

Yalançı,iki üzlü , yaltaq, satqın insanlara qarşı.

»Kaş ki, dediyin«

Bəzilərinə lazımından artıq dəyər verməyəydim.

»Cavabsız qalan sualların«

İstədiyim suala öz üsullarımla cavab tapa bilirəm))

»Arzuların«

Karyeramda və bildiyim şeylərdə daha da peşəkarlaşmaq

»Səhvlərin«

Lazımsız insanlara verdiyim dəyər,hörmət.

»Razılaşmadıqların«

Razılaşmadığım çox şey var. Saysam bitməz))

»Etirafın«

Etiraf etmək istədiyim bir şey yoxdu

»Qeyri-adi bacarığın«

6-cı hissimin olmağı və deyə bilmədiyim qeydi adi bacarıqlarım var.

»Səni sən edən xüsusiyyətin«

Olduğum kimi görünməyim,sadəliyim və pozitivliyim

»Həyatında verdiyin ən çətin qərar«

Elə bir qərarım olmayıb.

»Hər zaman səninlə olan 3 şey«

Telefon,Nauşnik,Fləşkalarım))

»Hansı mahnı sənin həyatından danışır«

Bəzi mahnılar var sanki mənim üçün yazılıb. Amma adlarını unutmuşam.

»İnsanları tanıma qabiliyyətin«

Üzdən baxanda və hərəkətlərdən çox yaxşı tanıyıram hər kəsi.

»Məşğul olduğun idman«

İdman növü yoxdu sadəcə evdə özümçün məşq edirəm arada.

»Cümləni tamamla: "Mən dünyanın ən ... qızıyam/oğlanıyam"«

Mən dünyanın ən Tərs və İnadkar oğlanıyam.

»Heç kimin səndə görə bilmədiyi bir xüsusiyyətin varmı? Varsa niyə bu günə qədər gizli qaldı«

Var amma o xüsusiyyətlərimi özümdən başqa kimsə bilmir))

»Xoşladığın Kişi/Qadın tipi ?«

Sadə Mehriban Qlamur və Səliqəli


»Nifrət Etdiyin Kişi/Qadın tipi«

Pozğun,Pinti,Yalançı, Baxımsız


»Sənin xasiyyətini anlatan bir şəkil paylaş.«



»Bakını tərk etmək məcburiyyətində olsan hansı ölkəyə yola düşərsən?«

Türkiyə-İstanbul

»Xəyanəti yaşamaq necə hisdir? Öyrəndiyin an nə hislər keçirir insan«

Xəyanət çox pis bir şeydir. Həmin anda bütün ümidlərin,inamın,güvənin,sevgin sınar və itər. Nifrət yaranar insanda həmin xəyanət edənə qarşı. Və elə axmaqlara görə bütün insanlara qarşı inam güvən ölər. Qəlb qırılar.



Görünüş :


»Boy:

173Sm


»Çəki:

77kq

»Saçının rəngi və uzunluğu:

Qara və normal uzunluqda))


»Gözünün rəngi:

Yaşıl (Xamelyon)

»Dəri rəngi:

Ağbəniz

»Geyim tərzi:

Sport və PolKlassik

»Xarici görünüşündə səni ən çox nə qane edir«

Əsmər olmağım və Yaşıl(Xamelyon) gözlərim

»Xarici görünüşündə səni ən çox nə qane etmir«

Şükür elə bir şey yoxdu.





Seçim etmə vaxtıdı. P.S: Hər ikisi, Heç biri deyə cavab vermək olmaz. Yalnız bir cavab seçmək olar!


Mama papa seciminən narahat olma Papanin xəbəri olmayacaq


»Ana yoxsa Ata«


İkisi də😉

»Şəhərdə gəzmək yoxsa Evdə oturub Loading.az Girmək«

Şəhərdə gəzərək Loading.Az-a girmək😉

»Pul yoxsa Ağıl«

Pul

»Gözəl yoxsa Ağıllı«

Ağıllı

»Sevgi ya Əyləncə«

Əyləncə

»Qısqanc ya işinə qarışmayan«

Qısqanc

»Səhv edənə ikinci bir şans verərsən yoxsa silib atarsan«

İkinci şansı verərəm. Və beləliklə 1*0 həmişə ondan öndə olaram😎

»Doğruluq ya cəsarət«

Cəsarət

»Sevmək ya Sevilmək«

Sevilmək

»Dost ya Sevgili«

Dost

»Zaman səni yönəldir yoxsa sən zamanı«

Arada dəyişir.

»Göz rəngi önəmlidir yoxsa baxışlar«

Baxışlar (👁️👁️)

»Xəyal olduğunu bilib xoşbəxt olmaq ya Real olduğunu bilib üzülmək«

Real olduğunu bilib üzülmək daha yaxşıdı. Çünki zamanla alışırsan və keçib gedir.



»Keçək Loading.az Life suallarına:


»1 admin,1 redaktor, 1 jurnalist seç və onlar haqqında fikrini yaz«



»Admin -

Sayta ilk gələndən Amon(Ülvi) ilə dostlaşmışam. Mehriban səmimi insandı. 😎

»Redaktor -

DeliBirHatun Gözəl qəlbli özü də gözəl dəyərli biri😘

»Jurnalist - -

Yoxdur elə biri. Çünki bu iki nəfərdən başqa tanımıram heçkimi və əlaqəm də yoxdu heçkimlə



»Loading.az – a ilk olaraq hardan tanıyıb gəlmisən?«

Googledən tapmışdım 😊

»Loading.az – da ilk dostun«

Amon(Ülvi) olub.

»Kimin niki daha qəşəngdi?«

Öz nikim😎

»Özünü tam sübut etmiş Loading.azlı olmaq üçün nə lazımdır?«

Tez-tez saytda olub sayta nəzarət,maraqlı xəbərlər paylaşmaq,qaydalara riayət etmək. Bir sözlə hər tərəfli bacarıqlı və aktiv olmaq lazımdır.

»Səncə nikini görəndə userlər nə düşünür?«

Kim nə düşünür maraqı deyil . Bilən bilir bilməyəndə sadəcə baxıb keçir))

»Loading.az-da ən yadda qalan günün hansıdı?«

23.12.2022-ci il. DeliBirHatun-un yəni dəyərli və əziz dostumun mənimçün xəbər saytda yaş günü xəbərini hazırlaması oldu))


»Sənə xüsusi status verilsəydi, necə adlanmasını istəyərdin?«

Elə öz nikim olsa əla olar😉

»Yemək bişirə bilirsən ? Loading.azlılar yığışıb qonaq gəlsək bizə nə bişirə bilərsən?)«

Əlbətdə bişirə bilirəm. Kabab çəkərəm, Souz və salat 😋



Və sonda :


»Mənə sualın ?«


1)Səncə Uzaq Qohum yaxşıdı yoxsa Yaxın Qonşu?😂

(Yaxın qonşu 😂 bu ne sualdı birazcık vizyon be 🤣🤣)

2)Mənim haqqımda nə cür düşüncələr var səndə? ☺️

(Şeirlərin xoşuma gəlir )

3)Nikimi ilk görəndə nə düşünmüşdün?😉

(Nikin biraz nəm dəyişik idi başqa heçnə )

»Bu müsahibə vasitəsi ilə kimə nə demək istəyərdin«

Heçkəsə heçbir sözüm yoxdu. Olanda özlərinə deyirəm.
Xəbər üçün və maraqlı suallar üçün sənə təşəkkür edirəm. Çox sağol , var ol.


»PS: İcazənizlə bu müsahibə profilinizdə “Haqqında” bölməsinə vurulacaq

Buyur icazə sizindi))


«


P.s . Əziz LoaDinG.az əhalisi buyurun söz sizindir 😊♥️

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
649 689 553 611 640 622

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.