Mələy0001

Mələy0001 Xəbərlər 20-07-2017, 12:27

Sumqayıtda kütləvi zəhərlənmə: Səbəb çox qəribədir

Sumqayıtda kütləvi zəhərlənmə: Səbəb çox qəribədir
Sumqayıtda kütləvi zəhərlənmə: Səbəb çox qəribədir




Sumqayıtda kütləvi zəhərlənmə olub.

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, 12 nəfər kimyəvi inhalyasion zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasından verilən məlumata görə, müraciət edən vətəndaşlardan biri 45 yaşlı Mətanət Abdullayevanın vəziyyəti ağır olduğundan dərhal reanimasiyaya yerləşdirilib.

Digər 11 nəfər həkim nəzarətində olmaqla, ambulator müalicəyə buraxılıb. Məlumata görə, xəstəxanaya müraciət edən 12 nəfərin hamısı bir avtomobildə olublar. Onların Sumqayıt şəhərində toy məclisindən çıxıb Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin ərazidə fəaliyyət göstərən müəssisələrdən birindən havaya buraxılan kimyəvi tərkibli tüstüdən zəhərləndikləri bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
631 626 571 520 523 480

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.