Mələy0001

Mələy0001 Xəbərlər 20-07-2017, 17:55

Azərbaycanda orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirdi

Azərbaycanda orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirdi
Azərbaycanda orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirdi





"Azərbaycanda orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb.

Əvvəllər orqan dəyişdirmək istəyən xəstələrin daha çox xaricə üz tutduqlarını deyən M.Kazımi qeyd edib ki, əvvəllər xəstələrin 40 faizi xaricə gedib qayıdanlar olurdu. Lakin bu gün xəstələrin 95 faizi artıq xaricə getmir.

Şöbə müdiri qeyd edib ki, digər problem meyitlərdən orqan köçürülməsi işinin təşkil edilməsidir: "Bu, hazırda bizim ölkəmizdə mümkün deyil. Azərbaycanda ancaq qohum donorların orqanlarından istifadə olunur. Hazırda bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi məsələsi müzakirə olunur".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
504 529 534 467 553 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.