n2006

n2006 İslam Dini 9-12-2022, 18:00

Allah yolunda öldürülənləri əsla ölmüş sanma!

Allah yolunda öldürülənləri əsla ölmüş sanma!
Mədinə şəhərində yerləşən Uhud dağının yaxınlığında hicri təqviminin 3-cü ilində Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında iri miqyaslı döyüş baş ver­mişdir. Bu döyüşdə müsəlmanlardan şəhid olanlar olmuşdur. Onların fəziləti haqqında rəvayət edilir ki, Cabir ibn Abdullah demişdir:
“Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Uhud dö­yü­şündə şəhid olanları iki-iki (hər iki nəfəri) bir kəfənə büküb: “Hansı biri Qu­ran­dan daha çox ayə bilir”- deyə soruşur, ikisindən hansı birinə işarə edi­lir­di­sə, onu birinci olaraq qəbirə qoyur və deyirdi: “Mən Qiyamət günü bunlara şa­hid olacağam!” Sonra onları üzərilərindəki qanı yumadan dəfn etməyi əmr et­di. Odur ki, əshabələr onları yumadılar və cənazələri üçün namaz qıl­ma­dı­lar. (əl-Buxari, 1343). Burada iki kişinin bir kəfənə büküldüyü, yaxud bir kəfəni iki hissəyə bölüb, onlardan hər birinin həmin hissəyə büküldüyü və eyni qəbirə qoyulduğu nəzərdə tutulur.
Həmçinin, Peyğəmbər demişdir: “Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, qüdrət və qüvvət sahibi olan Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət mey­vələrindən yeyir və Ərşin kölgəsində yerləşdirilmiş qızıl çıraqla­rın yanına qayıdırlar. Yemək-içməklərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördükləri zaman deyirlər: “Kaş ki, qardaş­larımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yolunda olan cihaddan qorxub qaçmayaydı­lar”. Uca Allah: “Mən sizin dediklərinizi onlara bildirərəm!”- dedi və bu ayələri Öz elçisinə nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)". (Əbu Davud, 2158).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
581 533 440 517 502 545

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.