n2006

n2006 Mətbəx 13-12-2022, 19:02

3 Dəqiqəyə Qatıqlı Pəhriz Salatı

3 Dəqiqəyə Qatıqlı Pəhriz Salatı
Pəhriz saxlayıb, yediklərinizə diqqət edirsiniz, ancaq hər gün eyni salatı yeməkdən yorulmusunuzsa, bu resept sizin üçündür! LoaDinG.Az qatıqlı ləziz və asan hazırlanan salatın reseptini təqdim edir.

3 Dəqiqəyə Qatıqlı Pəhriz Salatının tərkibi:
toyuq filesi
şüyüd
yerkökü
1 diş sarımsaq
1,5 stəkan qatıq
1 qaşıq tahin (küncüt əzməsi)
duz
3 Dəqiqəyə Qatıqlı Pəhriz Salatının hazılanma qaydası:
Toyuq filesini az duzlu suda bişirin. Şüyüdü xırda doğrayın. Yerkökünü sürtgəcdən keçirin. Bir diş sarımsağı sürtgəcin kiçik gözündən keçirin. Dərin bir qaba qatıq, tahin, xırda doğranmış şüyüd, didilmiş toyuq filesi, sürtgəcdən keçirilmiş yerkökü, sarımsaq və duz əlavə edib qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 363 363 394 390 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.