n2006

n2006 Ana və uşaq 19-12-2022, 19:40

Yeni doğulan körpə ilə belə oynayın – TÖVSİYƏ

Yeni doğulan körpə ilə belə oynayın – TÖVSİYƏ
Körpə oyaq olduğu vaxtlarda özünü yalnız hiss etməməsi üçün kiminsə onunla maraqlanmasını, oynamasını istəyər. Oyaq vaxtında onunla oynamaq və beyninin inkişafına kömək etmək üçün özünüzü təzyiq altında qoymayın. Ancaq bunlarla yanaşı onunla oynamaq üçün edə biləcəyiniz bəzi şeylər də var.

Körpənizlə nə qədər çox danışsanız və onun üzünə gülsəniz bir o qədər çox xoşuna gedəcək.

LoaDinG.Az gənc valideynlərə körpənin başını qatmaq üçün fərqli yollar təqdim edir.

Körpənizin beşiyini evdə elə bir səmtə qoyun ki, hər kəs yanından keçərkən onunla danışa bilsin. Ətrafındakı insanların yanından gəlib keçərkən onunla danışması çox xoşuna gedəcək.

Ev işləri görərkən, kitab oxuyarkən, televizora baxarkən yanınızda olmasına imkan yaradın. Səsiniz, evdəki hərəkət onu həyəcanlandıracaq. Bir sözlə, çalışın ki, balaca körpəniz hər zaman sizin yanınızda olsun.

3-4 aylıq olduqdan sonra isə bayırı, fərqli yerləri görməsi üçün beşiyinin yerini dəyişin.

Beşiyini, ana qucağını tez-tez dəyişdirməklə başını qata bilərsiz.

Yeni doğulmuş körpənin görməsi bir qədər zəif olduğundan sadəcə kölgələri seçə bilər.

Yeni doğulmuş körpənin diqqətini çəkən əsas rənglər qara və ağ rənglərdir. Beşiyin üzərində musiqili oyuncaqlar asmaq da uşağın başını qatmaq üçün yaxşı seçimdir. Fırlanan oyuncaqları tez-tez dəyişdirsəniz, fərqli bir şeylər görməsinə şərait yaratmış olarsız.

Hər halda körpənizin özünü yalnız hiss etməsinə imkan verməyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 422 405 432 418 476

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.