ice berg

ice berg Müxtəlif 23-12-2022, 15:15

Evdə oturmağın 30 neçənci günü.

Evdə oturmağın 30 neçənci günü.
Bəlkə də bu aralar keçirdiyim ən pis gündü, bir az kənarda stolun üstünə çay qoyublar, qalxıb onu götürə bilmirəm. Bütün günü başım ağrıyıb, amma niyə bilmirəm.

Kiməsə nəsə yazmağa halım yoxdur, sözləri səhv yazıram, amma dönüb düzəltməyə halım yoxdur. Yaşasın auto correct. Daima fikrim dəyişir, cümləni yazmağa başlamağımla ağlımdan minlərlə şey keçir və cümlə haralara gedib çıxacaq mən belə anlamıram.

Evdə ruh kimi gəzirəm, çoxlu şeylər etmək istəyib hamısına başlayıb, yarım qoyub digərinə keçirəm.

Yazmağa halım yoxdur deyə səs yazmaq istəyirəm, amma görürəm ki, danışa da bilmirəm. Danışmağa da ərinirəm.

Evdə oturub həddən artıq qayğısına qalmaqdan güllərimi də soldurmuşam, hər dibçəyim solanda bir az daha çökürəm.

Çatışmayan nədi, bəlkə hava? Bəlkə dibçəkdə solan güllərdən biri də mənəm. Amma burda özümü gülə bənzədərək, tərif demiş olmurammı? Mən niyə soluram? Az sudan ya çox sudan? Bəlkə mühitdən? Bəlkə də mən "mühit içində təpədən dırnağa ümid içində" deyiləm?

Vergüllər harda qoyulmalı idi, nöqtələr harda, hansı söz necə yazılmalı idi xatırlamıram. Amma fərqi yoxdu bunları xatırlasam belə özümü ifadə edə bilməyəcəkdim.

Yeni mahnılar dinləməyə səbrim çatmır, hamısını başlanğıcda söndürüb əzbər bildiklərimə qayıdıram. Deyəsən, yol getmək mənə mahnı dinlədirmiş.

Həyatı da yol saysaq, deyəsən indi növbəti avtobusu gözləyirəm. Qatarı da yox a, avtobusu. Çünki qatar mənim üçün sürətlidi, fikir verirəm ki, mən hər şeyə yavaş çatıram. Amma eyni zamanda astagəllikdən zəhləm gedir. İndiki zamanda sürətli olub, bütöv şəklə baxanda astayam. Bəlkə də, problem elə burdadı, azı sürət ölümdür.

Bəlkə də, avtobus gəlməyəcək, növbəti dayanacağa qədər yeriməliyəm. Amma necə gedim, axı halım yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 418 410 423 446 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.