n2006

n2006 Gözəllik 25-12-2022, 11:13

Aloe-veranın bilmədiyiniz 5 gözəl faydası

Aloe-veranın bilmədiyiniz 5 gözəl faydası
Əsrlərdir ki, xalq təbabətində geniş şəkildə istifadə edilən aloe-vera (əzvay) ən təsirli gözəllik vasitənizə çevrilə bilər.

1. Makiyaj təmizləyən vasitə
Makiyaj təmizləyən vasitələrə pul tökməyin. Əzvay yarpağını qırın və pambığı yarpaqdan axan gelə bənzər mayeyə bulayıb makiyajınızı silin. Bu üsulla dəriniz həm təmizlənəcək, həm yumşaq olacaq.

2. Qırışlara qarşı
2009-cu ildə aparılan araşdırmalar göstərib ki, 90 gün mütəmadi olaraq əzvayla üzə qulluq edənlərdə qırışlar azalır, dərinin elastikliyi isə artır.

3. Qızartılara qarşı
Qızaran və qabaran dərini sakitləşdirmək üçün yenə əzvaydan istifadə edə bilərsiniz. Əzvay sızanaqların meydana gəlməsinin qarşısını alır.

4. Diş və ağız təmizliyi
Aloe-vera diş əti problemlərini aradan qaldırır. İltihabları yox edir.

5. Qaşlara qulluq
Qaşdakı tüklərin tökülməsinin qarşısını alır. Qaşların daha gur və sağlam görünməsini təmin edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 450 466 390 398 473

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.