8 il'dən,1 il'ə
8 il bundan qabaq HOST misralarından birində “90 illik keçmişimlə 20 yaşda neyniyim” deyəndə “mənim kimi fərqli insanlar var” deyə düşünmüşdüm.
7 il bundan qabaq ilk dəfə “Milenaya məktublar” əsərini oxuyarkən Kafkanın “Bana yeterince sevgi göstermediğini söylüyorsun ama orada oturmama izin verip karşıma oturmandan ve yanımda olmandan daha büyük bir sevgi ve saygı olabilir mi?” cümləsi ilə bundan daha böyük sevginin heç vaxt mümkün olmayacağını fikirləşmişdim.
6 il bundan qabaq “500 days of Summer” filminə baxanda Summer “There is no such thing as love, It’s a fantasy” sözlərini işlədəndə dəxlisiz yerə çox kədərlənmişdim.
5 il bundan qabaq aeroportda bir-birilərini bir daha görməyəcək kimi qucaqlayan cütlüyü görəndə özümü hansısa filmdəki kimi hiss etmişdim, səbəbsiz yerə gözlərim dolmuşdu.
4 il bundan qabaq aeroportdan qayıdarkən ilk dəfə səbəbsiz yerə siqaret çəkmiş, radioda danışan qızın “Bu gecə də bütün digərləri kimidir” sözünə çox əsəbiləşmişdim, hər gecə digər gecə kimi ola bilməzdi. Həmin gecə çox kədərli idi.
3 il bundan qabaq əsgərlikdə olarkən insanların hisslərdən arınanda, eyni maddi ehtiyaclara məcbur qalanda necə eyniləşdiyinə şahid olub “hamımız eyniyik” düşüncəsinə gəlmişdim.
2 il bundan qabaq bir gecə pub-dan çıxarkən heç kim üçün siqaret çəkilməsi, içki içilməsinə dəymədiyini düşünərək siqareti tərgitmək qərarı vermişdim.
1 il bundan qabaq aeroportda qucaqlaşan cütlüklərin yanından keçəndə yolu bağlayırlar, keçməyə mane olurlar deyə əsəbiləşmişdim.
O dəfə “500 days of Summer”-ə baxdım, Summer hələ də dünya film tarixinin ən ikiüzlü obrazıdır, bir də ki yuxarıdakı misralar: “Bana yeterince sevgi göstermediğini söylüyorsun ama orada oturmama izin verip karşıma oturmandan ve yanımda olmandan daha büyük bir sevgi ve saygı olabilir mi?” – Hələ də çox gözəldir.