Nəfəs

Nəfəs Maraqlı 1-01-2023, 21:28

Televizor Haqqında!

Televizor Haqqında!
ilk televizor 3 iyul 1928-ci ildə dünyada ABŞ-da satışa çıxarılmışdır. Bu televizorun qiyməti 75 dollar idi.

Televizorda şəkillərin verilməsi monitorda baş verir. TV kartı ilə təchiz olunmuş kompüter də televizor kimi istifadə edilə bilər. Bundan əlavə, kabellə alınmış yüksək tezlikli siqnalları video siqnallara çevirən qurğu televizorun əsas hissəsini təşkil edir. Başqa videosistemlərin qoşulması üçün televizorlarda SCART sistemlərindən, səslərin verilməsi üçün isə dinamiklərdən istifadə olunur.

Şəkillərin rənginə görə qara və rəngli televizorlar olur. Hazırda bütün dünyada demək olar ki, yalnız rəngli televizorlardan istifadə edilir.

Televizorlarda sətirlərin sayına, rənginə, şəkil və səs arasındakı məsafəyə görə fərqlənən müxtəlif şəkil ötürmələrindən istifadə edilir. Rəngli televizorlarda istifadə olunan ötürmələr SECAM, PAL, NTSC-dir. SECAM sistemi keçmiş SSRİ-də və Fransada yaradılmış və tətbiq olunmuşdur. PAL sistemi Qərbi Avropada istifadə edilir. NTSC sistemi Amerika və Yaponiya üçün işlənmişdir. Bu hər üç standart ağ-qara televizorlarda rəngli siqnalların qəbulu üçün nəzərədə tutulmuşdur. İndi bir çox ölkələrdə televiziya ötürmələri üçün rəqəmli sistemlərin tətbiqi həyata keçirilir. Bu yeni sistem şəklin və səs qəbulunun keyfiyyətini artırmağa imkan verir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
432 367 405 377 404 367

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.