Nəfəs

Nəfəs Maraqlı 2-01-2023, 09:30

Çin haqqında maraqlı faktlar

Çin haqqında maraqlı faktlar
Çinin müasir ingilis adı “China” yəqin ki, Tsin imperator sülaləsinin adından əmələ gəlib. Bu sülalənin hökmranlığı vaxtında ölkə vahid şəkildə idi.
Ölkəni birləşdirən Şi Xuan-di imperatoru (b. e. ə. 260-210-cu illər) olmuşdur.
1912-ci ilə qədər ölkə vahidliyini qoruyub saxlaya bilmişdi.
Çini dünyanın ən qədim sivilizasiyalarından biri adlandırırlar.
Çin dili bugünkü günə qədər istifadə olunan ən qədim dillərdən biridir.
Rusiya, Kanada və ABŞ-dan sonra Çin tutduğu əraziyə görə dördüncü yeri tutur.
Çin sıx məskunlaşmış əhalisi olan ölkələrdən biridir.
Dünyada hər beşinci insan çinlilərdir.
Çini həmçinin “Gül krallığı” da adlandırırlar.
Tualet kağızı ilk dəfə 1300-cü ildə Çində icad olunmuşdu.
Həmçinin Çin novatorları kompas, kağız, barıt və möhür icad etmişdilər.
3000 il bundan əvvəl çin çərpələngləri icad olunmuşdul. İlkin olaraq onları əyləncə məqsədləri ilə deyil, hərbidə də istifadə edirdilər. Rəqibi qorxutmaq üçün müharibə zamanı çərpələngi havaya buraxırdılar.
Marko Polo (1254-1324) öz qeydlərində yazırdı ki, çərpələng vasitəsi ilə çinlilər gəmi ilə səfərlərinin necə keçəcəyini proqnoz edirdilər.
Bir çox tarixçilər futbolun vətəninin Çin olduğunu iddia edirlər.
Çin xalqının ən sevimli məşğuliyyəti markaları kolleksiya etməkdir.
İki-üç milyon il ərzində Çinin ərazisində nəhəng pandalar yaşayırlar. İlk Çin imperatorları pis ruhları qovmaq üçün saraylarında pandalar saxlayırdılar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
408 403 359 336 426 411

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.