SENSİZLİK

Tale yollarımız ayrılan gündən,
Təsəllim olmayıb zülmdən başqa.
Yaşanan illəri ömür saymıram,
Sənlə keçirdiyim bölümdən başqa...
Sənsizlik... gör məni nə hala salıb?
Baxışlar dəyişib, sifət qocalıb,
Necə qoymuşdunsa elə də qalıb,
Heçnə dəyişməyib, çölümdən başqa!!!
Özüm öz içimdə itib azıram,
Özümə vərəqdə qəbir qazıram,
Artıq şair olub, şeir yazıram,
Guya nə gəlir ki, əlimdən başqa...?!
Gözlərim kor olub, qulağımsa kar,
Ya qayıt, ya məni özümə qaytar,
Yada qovuşmaq üçün bircə yolum var,
Çarəm qalmayıbdır ölümdən başqa...
Təsəllim olmayıb zülmdən başqa.
Yaşanan illəri ömür saymıram,
Sənlə keçirdiyim bölümdən başqa...
Sənsizlik... gör məni nə hala salıb?
Baxışlar dəyişib, sifət qocalıb,
Necə qoymuşdunsa elə də qalıb,
Heçnə dəyişməyib, çölümdən başqa!!!
Özüm öz içimdə itib azıram,
Özümə vərəqdə qəbir qazıram,
Artıq şair olub, şeir yazıram,
Guya nə gəlir ki, əlimdən başqa...?!
Gözlərim kor olub, qulağımsa kar,
Ya qayıt, ya məni özümə qaytar,
Yada qovuşmaq üçün bircə yolum var,
Çarəm qalmayıbdır ölümdən başqa...






