ice berg

ice berg Münasibətlər 3-01-2023, 23:21

Hansı atalar uşaqlarla daha az ünsiyyət qurur?

Hansı atalar uşaqlarla daha az ünsiyyət qurur?
Melburn Universitetinin alimləri müəyyən ediblər ki, içki içən atalar uşaqları ilə daha az təmasda olurlar.

LoaDinG.aZ xarici mediaya istinadla xəbər verir ki, komanda Kamboca, Çin, İndoneziya, Papua Yeni Qvineya və Şri-Lankada 18-49 yaş arası 4562 atanın daxil olduğu BMT-nin araşdırmasının məlumatları ilə işləyib.

İştirakçılar uşaqlarla keçirdikləri vaxtı, içki içmə tezliyini, gender normalarına münasibəti və digər aspektləri qiymətləndirən anketləri doldurublar.

Yaşlı atalar gənc atalara nisbətən uşaqlarının həyatında daha çox iştirak etdiyini bildiriblər.

Respondentlərin yarısı bildirib ki, onlar tez-tez və ya çox vaxt uşaqları ilə oynayır və ya məşğul olurlar, lakin yalnız 24 faiz uşaqları ilə şəxsi mövzularda tez-tez danışır.

Daha çox içki içdiyini bildirən iştirakçılar da uşaqların həyatına daha az qarışdıqlarını bildiriblər.

Bununla belə, Çin və Şri-Lankada valideynlər alkoqolizmdən asılı olmayaraq uşaqların həyatında fəal iştirak edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 473 431 363 356 405

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.