n2006

n2006 Müxtəlif 4-01-2023, 15:00

İnsanlar 25 yaşdan sonra dost itirirlər? – ARAŞDIRMA

İnsanlar 25 yaşdan sonra dost itirirlər? – ARAŞDIRMA
Artıq çoxdan müşahidə olunub ki, insan yaşa dolduqca onun dostlarının sayı azalır.

Mütəxəssislər bu meylin məhz nə vaxt təzahür etməyə başladığını tapıblar. Alimlər müəyyən ediblər ki, 25 yaşdan sonra insan yeni dostlar tapmaqdansa, köhnələri itirir.

Bu, heç də insanın əxlaqi keyfiyyətləri üzündən baş vermir. Sadəcə, insan yaşlandıqca dostlarına vaxt ayıra bilmir, çünki onun sosial rollarının sayı xeyli artır.

Sosioloqlar yaşı 25-ə çatmamış və bu yaşdan sonra adamların gün ərzində neçə telefon zəngi etməyini izləyiblər. Məlum olub ki, tədqiqatın kiçik yaşlı iştirakçıları dostlar və tanışlarla ünsiyyətə daha çox vaxt ayıra bilirlər. Lakin adam yaşa dolduqca onun ətrafında ən etibarlı və sınaqdan keçənlər qalırlar. O birilərin hamısı ikinci plana keçir və onlarla münasibət kəsilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 511 450 425 438 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.