n2006

n2006 Dəri və saç 7-01-2023, 07:00

Təravətli, təmiz dəri üçün bunları edin

Təravətli, təmiz dəri üçün bunları edin
Hər bir dərinin özünəməxsus xüsusiyyəti var. Kimisi quruluqdan, kimisi də yağlılıqdan şikayətlənir. Bunun üçün hər dəri növünə uyğun olan maskalardan istifadə edilməlidir.

LoaDinG.Az aşağıdakı maskaları təqdim edir:

Ultra-quru dərilər üçün:
• 1 ədəd yumurtanı çalın. Üzə çəkib, üstündən bitki yağı sürtün. Maskanı quruyana kimi üzdə saxlayıb, əvvəlcə ilıq, sonra soyuq su ilə yaxalayın.

• 1 ədəd almanın qabığını soyub, xırda-xırda doğrayıb, süddə qaynadın. Qarışıq sıyıq halına gələndə onu soyudub, üzə maska edin. Qarışığı 20 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.


Nəmləndirici maska:
• 2 qaşıq yağlı kəsmiyi 1 çay qaşığı təbii meyvə şirəsi ilə qarışdırın. Qarışığın üzərinə 1 çay qaşığı yumurta sarısı və 1 çay qaşığı kamfora yağı əlavə edib, yaxşıca qarışdırın. Maskanı üzdə 20 dəqiqə saxlayıb, ilıq su ilə
yuyun.

Gözətrafı qırışlara əlvida:
• Qızılgül, santal və neroli efir yağlarının hərəsindən 1-2 damcı qarışdırıb, gözətrafına çəkin.

• JaJoba, avokado və badam yağının hərəsindən 1-2 damcı əlavə edib, limmeta, nanə, fenxel və neroli yağlarından 1-2 damcı qatıb, gün ərzində 1-2 dəfə gözətrafına çəkin.

Sellülitə "yox" de!
• Gerani, mojjevelnik, limon, fenxel, paçuli, rozmarin və kiparis efir yağlarının hərəsindən 1-2 damcı əlavə edib, qarışdırıb, problemli yerlərə çəkin.

Saçların daha da gözəlləşsin:
• Saçları içinə 5-7 damcı jajoba yağı əlavə olunmuş şampunla yuyun. Bu qarışıq saçlara parlaqlıq verib, onların kökünü bərkidəcək.

• Saç tökülməsinin qarşısını almaq üçün təmiz saçları zəncəfil və evkalipt dəmləməsi ilə yaxalayın.

Dişlərini ağart:
• Limon şirəsi sıxılmış pasta ilə dişləri fırçalamaqla onları bəyazlaşdırmaq olar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
496 561 421 467 504 473

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.