Musayev

Musayev Avto Dünya 10-01-2023, 17:40

Əfqanıstanda yerli istehsal olan idman avtomobilinin təqdimatı keçirilib

Əfqanıstanda yerli istehsal olan idman avtomobilinin təqdimatı keçirilib
Əfqanıstanda, adətən, avtoyürüşlərdə istifadə edilən sürətli idman avtomobili hazırlanıb.

Yerli istehsal olan idman avtomobilini Məhəmməd Rza Əhmədi adlı Əfqanıstan vətəndaşı hazırlayıb.

Avtomobilin təqdimetmə mərasiminə “Taliban” hökumətinin müdafiə nazirinin müavini Qulam Heydər Səhamət da qatılıb.

Qulam Heydər Səhamət layihəni həyata keçirən şəxsin işini yüksək qiymətləndirib, bu nümunəni ölkənin özünü təmin etməsi və çiçəklənməsi yolunda mühüm addım kimi qiymətləndirib.

“Taliban” hökumətinin nümayəndəsi avtomobili hazırlayan şəxsə pul mükafatı da təqdim edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
479 524 471 460 428 470

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.