ice berg

ice berg Programlar 15-01-2023, 20:01

2023-cü ilin ən məşhur tətbiqi "BeReal" nədir?

2023-cü ilin ən məşhur tətbiqi "BeReal" nədir?
BeReal" tətbiqi 2020-ci ildə ortaya çıxsa da, son zamanlar xüsusilə gənclərin ən çox istifadə etdiyi sosial media tətbiqinə çevrilib. "Instagram" ilə birəbir eyni xüsusiyyətlərə sahib olan tətbiqin müəyyən fərqləri də var. Tətbiq əslində "Instagram"da paylaşılan saxta yazıların qarşısını almağa çalışır. Bu proqram tamamilə təbii olmağı hədəfləyir.

2023-cü ilin ən məşhur sosial tətbiqi olan "BeReal"ın əsas xüsusiyyətlərini təqdim edirik.

"BeReal" digər tətbiqlərdən çox fərqli bir sistemlə işləyir. Tətbiqdə heç bir effekt və ya filtr yoxdur. Tamamilə təbiidir.

Eyni zamanda, fotoları tez-tez paylaşmağa ehtiyac yoxdur.

Tətbiq gündə bir dəfə bütün istifadəçilərə bildiriş göndərir və sizdən iki dəqiqə ərzində bu bildirişə cavab vermənizi xahiş edir. Siz iki dəqiqə ərzində bildirişə cavab verirsiniz və dərhal şəkil çəkdirirsiniz. Çəkdiyiniz şəkil təkcə dostlarınızla deyil, istəsəniz tətbiqin "kəşf et" bölməsində də paylaşılır.

Şəkil çəkilərkən həm ön, həm də arxa kameralar açılır və siz o an nə etdiyinizi paylaşırsınız, tətbiqdə heç bir filtr və effekt yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
490 482 410 492 447 410

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.