ice berg

ice berg Maraqlı 16-01-2023, 18:10

2022-ci ilin ən yaxşı filmi AÇIQLANDI

2022-ci ilin ən yaxşı filmi AÇIQLANDI
“Critics’ Choice Movie Awards” kino mükafatlarının 28-ci təqdimetmə mərasimi baş tutub.

LoaDinG.aZ xarici mediaya istinadən xəbər verir ki, rejissorlar Den Kvan və Deniel Şayerin “Hər şey hər yerdə və dərhal” filmi 4 nominasiyada qalib olub. Bu film “İlin ən yaxşı filmi”, “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor”, “Ən yaxşı quruluş”, “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyalarında mükafat alıb.

Ən yaxşı qadın rolu ifaçısı aktrisa Keyt Blanşet (“Tar” filmi”), ən yaxşı kişi oyunçu adını isə Brendan Freyzer (“Kit” filmi) qazanıb.




Aktyor məhz bu film üçün 42 kilo kökəlməli olub. Görünür, buna dəyərmiş.

Həmçinin Zendeya “Eyforiya” filmindəki roluna görə ən yaxşı dramatik aktrisa, Bob Odenkerk “Sola zəng edin” filmindəki roluna görə ən yaxşı dramatik aktyor hesab olunub.

“Bıçaq çəkmək”: Şüşə başlıq” filmi ilin ən yaxşı komediya filmi adını qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
459 462 450 447 416 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.