Ulya

Ulya Maraqlı 27-07-2017, 11:14

Səbir

Səbir
Səbir



Gecənin zülməti bütün ağırlığı ilə çökmüş üzərimə, çiyinlərimə.... Düşünməyə sövq edir məni.... Nəyə inanmışıqsa, nəyi necə görmək istəmişiksə qəlbimiz bizi ona da öyrəşdirib... Sevgini axtarmışıqsa dolayı yolla sevginin əsl sahibinə yönəldib bizi... Üzüntü çəkmişiksə sevincin meyvəsini tezliklə yedirib bizə Uca Yaradan... Sorğulanmalı nəsə varsa onu ancaq özümüzdə axtarmalıyıq.... Ağırlıq qaldıran pəhləvan necə ki qaldıracağı çəkiyə inanır, ona uyğun seçir çəkini ,bizi dərdlə yükləyən Uca ALLAH da çəkə biləcəyimizi bildiyi üçün bizi elə şərəfli yüklə mükafatlandırır... Çəkdikmi o yükü, mükafatı özünü çox gözlətmir.... Şükür sənə, ALLAHIM, şükürlər olsun....Səbr adlı neməti bizə imtahanımızın baş tacı vermisən... Səbr edənlərin sonunda zəfər çalacağını bildiyimiz üçün "səbr" deyib dururuq..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
592 611 566 571 602 537

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.