weher uwagi

weher uwagi Maraqlı 1-02-2023, 15:42

Sirkin müdiri köməyinizə ehtiyac duyur...

Sirkin müdiri köməyinizə ehtiyac duyur...
IQ səviyyəniz üçün daha bir optik illüziya: Yüksək əqli olan insanlar sirkin müdirinin bu şəkildə gizlənən filini 15 saniyə içində tapa bilir.

Siz də bunu bacara biləcəksinizmi?

Optik illüziyalar heyrətləndirir və təəccübləndirir, çünki onlar elementləri şəkildə, videoda və ya hər hansı bir obyekt üzərində o qədər yaxşı gizlədirlər ki, obyektin gözlərinizin qarşısında olmasına baxmayaraq, sizin “fili” görmək üçün müəyyən bir zamana ehtiyacınız olur.

Bu günkü illüziyada siz həqiqətən də fili tapmalısınız.

Qədim bir eskizdə sirkə tərəf hərəkət edən sirkin müdiri əlində şlyapa, qılınc və nəfəs aləti ilə əks olunub. O, qəzəbli və acıqlıdır, çünki fil yox olub, onsuz isə tamaşa baş tutmayacaq.

Bilirdinizmi, fillər müstəsna dərəcədə ağıllı heyvanlardır? Sözün həqiqi mənasında, fillərin – yaşlı erkəklərdə 5,5 kq-a qədər iri beyni var, müqayisə olaraq insan beyninin çəkisi 1-2 kq arasında dəyişir. Fillər öz xortmunu təkcə bir alət kimi deyil, həm də yüksək özünü tanıma dərəcəsini (məsələn, güzgüdə özlərini tanıyaraq) və sürünün digər üzvlərinə acımanı, şəfqət nümayiş etdirirlər. Bəzi fillər hətta ölmüş həmcinslərinin sümüklərinə xortumları ilə sığal çəkir

Belə ki, bu gün bizim də çox ağıllı bir filimiz gizlənmək üçün əla bir yer tapıb.

Beləliklə, siz də şəkildə gizlənmiş fili tapa biləcəksinzmi? Deyilənlərə görə, fili 15 saniyə içində tapan insanlar yüksək intellekt əlamətlərini nümayiş etdirirlər.

Cəhd etməyə hazırsınızmı?

Onda vaxtı qurun və irəli.



Fili tapa bildiniz? Buna nə qədər vaxtınız getdi? Şərhlərinizlə bölüşün.

Fili tapa bildinizsə, təbrik edirik, sizin IQ səviyyəniz yüksəkdir.

Tapşırığın öhdəsindən gələ bilmədinizsə, bizə sizə müxətlif optik illüziyalar həll etmənizi tövsiyə edirik. Hələlik, növbəti maraqlı xəbərlərədək!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 465 494 477 484 418

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.