İndi payız qoxur küçələr


Zamanmı günahkar yoxsa tərəddüd?
Qorxular güc gəldi cəsarətinə.
İndi arzuların imkanı məhdud,
Gecikən sevginin bəraəti nə?
Kim açar paslanmış köhnə qapını?
Açsa, toz bürümüş oda görəcək.
Hərə bir yataqda yada tapınıb,
Hərə səmasını uduzan mələk.
İndi payız qoxur küçələr, tinlər,
Ömrü qısalıbdı sabahların da.
İmkansız sevgiyə, günah deyillər.
Adımı daşıma günahlarında.
Nəqədər mümkünü olmaz elədim,
Mənim də günahım az olmayıbdır.
Ürək et deyəndə, qorxuram dedim,
Qohumdan ayıbdır, dostdan ayıbdır.
Hər kəs həyatını bircür yaşadı,
Biz isə uduzduq sözə, söhbətə.
İndi bəxtimizin üzü qışadı,
İndi yolumuzun üzü qürbətə.
Çətir mövsümünə az qalıb daha,
Alacaq şəhəri aramsız yağış.
Ruhum, ya canımdan qayıt Allaha,
Yada ki küçədən özümə yığış....
( Arzu Huseyn )
Qorxular güc gəldi cəsarətinə.
İndi arzuların imkanı məhdud,
Gecikən sevginin bəraəti nə?
Kim açar paslanmış köhnə qapını?
Açsa, toz bürümüş oda görəcək.
Hərə bir yataqda yada tapınıb,
Hərə səmasını uduzan mələk.
İndi payız qoxur küçələr, tinlər,
Ömrü qısalıbdı sabahların da.
İmkansız sevgiyə, günah deyillər.
Adımı daşıma günahlarında.
Nəqədər mümkünü olmaz elədim,
Mənim də günahım az olmayıbdır.
Ürək et deyəndə, qorxuram dedim,
Qohumdan ayıbdır, dostdan ayıbdır.
Hər kəs həyatını bircür yaşadı,
Biz isə uduzduq sözə, söhbətə.
İndi bəxtimizin üzü qışadı,
İndi yolumuzun üzü qürbətə.
Çətir mövsümünə az qalıb daha,
Alacaq şəhəri aramsız yağış.
Ruhum, ya canımdan qayıt Allaha,
Yada ki küçədən özümə yığış....
( Arzu Huseyn )






