n2006

n2006 Sağlamlıq 5-02-2023, 21:00

Ürək nevrozu necə müalicə olunur?

Ürək nevrozu necə müalicə olunur?
Kardionevroz polinevroloji xəstəlikdir. Ürək çox həssas orqan olduğuna görə istənilən stress və həyəcan onun fəaliyyətinə təsir edir, qan dövranı sürətlənir, döyüntülərin sayı artır, ritm dəyişir.

Orqanizm stresslərə daha çox məruz qalanda isə ürək döyünməsinin tutma şəkilli xarakter alması ürək nevrozunun inkişafından xəbər verir. Müasir dövrdə stressiz ötüşmək mümkün olmadığına görə ürək həddindən artıq yüklənməyə məruz qalır, fəaliyyətində pozulmalar əmələ gəlir.


“Kardionevroz özünü müxtəlif əlamətlərlə büruzə verir. Lakin bu xəstələrin hamısının ürək nahiyəsində sancı və sızıldayıcı ağrı müşahidə olunur. Xəstə özünü pis hiss edir, ölüm qorxusu, güclü həyəcan və təşviş hissi yaranır. Ağrı ilə yanaşı nəfəsalmanın çətinləşməsi, yuxu pozulması, ümumi zəiflik, ətrafların keyiməsi və baş gicəllənməsindən şikayətlər olur. Fizikal müayinədə taxikardiya, arterial təzyiqin yüksəlməsi və tərləmənin artması aşkar edilir.

Ürək nevrozu həyati təhlükə yaratmasa da, xəstənin həyat keyfiyyətini aşağı salır. Bu səbəbdən həkimə müraciət etmək mütləqdir. Kardionevrozun müalicəsində dərman maddələri ilə yanaşı ürək-damar sisteminin tonusunu və yuxunu tənzimləmək üçün fitoterapiyadan geniş istifadə edilir”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
398 460 392 330 379 415

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.