Ə𝓼𝓰ə𝓻 𝔂𝓪𝓻𝓲❤️
"Əsgər yarı" adını daşayan hər qızın qəlbi eyni anda həm kədər, həm sevincdən boğula bilir. Hər telefona ondan zəng gəlincə sevincdən boğular. Hər dəfəsində eyni hissləri yaşayar, yanında olduğunda yaşamadığı hissləri.. Çünki bir dəqiqəlik səsinə həsrət qalar, bir mesajına, adicə salam sözünə belə.. Hər gün yanında olan, danışdığı birinin uzaqlarda olunca da onu xatırlaması ona olan güvənini artırar. Sevgisini ucaldar. Amma bununla belə hər gecə yoxluğunu hiss edər. Əvvəllər "gecən xeyrə" mesajı ilə yuxuya dalan o qız indi köhnə mesajları oxuyaraq o anlara qayıdıb təkrar yaşayar. Köhnə səslərə dəfələrcə qulaq asıb, şəkillərinə baxaraq gülümsəyər. Lakin gözündən axan yaşları durdura bilməz.. Hər kədərli gecənin gözəl yanı isə qovuşmağa addımlayan günlərdən birinin silinməsi olar.❤️







