n2006

n2006 Sağlamlıq 10-02-2023, 13:17

Soyuq havada bu qidaları yeyin

Soyuq havada bu qidaları yeyin
Soyuq havada və qışda idman etmək daha çətindir. Tez-tez dəyişən hava şəraiti bədənimizin balansını pozur, immuniteti aşağı salır.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova belə vəziyyətlərin qarşısını almaq üçün həm idman həyatınızda, həm də gündəlik yaşamınızda qidalana biləcəyiniz üç protein mənbəyi haqqında danışdı.


Tuna balığı

Bəlkə sizin üçün standart ola bilər, amma tuna balığı ən sağlam protein qaynaqlarından biridir. Gündəlik protein ehtiyacınızın 56%-ni qarşılayan bu qida sizi qışda sərt hava şəraitinə hazır saxlayacaq.

Yulaf

Səhər yeməyi zamanı tez və yararlı bir qida lazımdırsa, yulaf ən yaxşı seçimdir. Protein və karbohidratlarla zəngin olan bu qida gün ərzində sizi tox saxlayacaq.

Sarımsaq

Sarımsağı tək yemək bir az çətin ola bilər, ancaq yeməklərin yanında hər zaman istifadə edə bilərsiniz. Soyuqdəyməyə qarşı sizi qoruyan sarımsaq təbii antibiotik sayılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
384 424 341 355 386 376

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.