amon

amon İdman 11-02-2023, 23:10

İngiltərə Premyer Liqası: “Arsenal” ardıcıl 2-ci oyun xal itirib

İngiltərə Premyer Liqası: “Arsenal” ardıcıl 2-ci oyun xal itirib
Fevralın 11-də İngiltərə Premyer Liqasının XXIII turunda “Arsenal” evdə “Brentford”a qalib gələ bilməyib.

“Loading.Az” xəbər verir ki, oyun Londondakı “Emireyts” stadionunda baş tutub.

Hakim Piter Benksin idarə etdiyi matçda “topçular” üstünlüyə malik olsalar da, birinci hissədə hesabı açmağa müvəffəq olmayıblar. İkinci hissədə Mikel Artetanın yetirmələri təzyiqi artırıb və nəticədə oyunun 66-cı dəqiqəsində Leondro Trossard komandasının heyətində debüt qoluna imza atıb.

Ancaq londonlular hesabdakı üstünlüyü uzun çəkməyib. Belə ki, 8 dəqiqə sonra tablodakı hesab bərabərləşib: hücumçu Ayvan Toni qonaqların məğlubiyyətdən xilas edib.

Beləliklə, “Arsenal” – “Brentford” matçı 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, daha öncə “Arsenal” Liverpulda “Everton”a qarşı xala itirib. “Topçular” həmin oyun ev sahiblərinə 1:0 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, Hazırda “Arsenal” 51 xalla turnir cədvəlinə başçılıq edir. London klubunun çempionatda növbəti oyunu ən yaxın təqibçisi “Mançester Siti”yə qarşı olacaq. “Brentford” isə 34 xalla 8-ci pillədə qərarlaşıb. Komanda növbəti turda evdə “Kristel Pelas”la qarşılaşacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
649 614 551 523 538 562

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.