ice berg

ice berg Sevgi 12-02-2023, 15:00

Sevən sevdiyini ya anlamalı, yada tamamlamalı

Sevən sevdiyini ya anlamalı, yada tamamlamalı
Sevgi-ifadəsi olmayan sözlüklərlə dolu bir cümlədir. Birinin səni hər kəsi qarşısına alaraq, hər kəsə rəğmən, qarşısında yaranan hər bir maneələrə rəğmən səni sevəndir. Sevgi iki gözəl cümləni yan-yana gətirə bilməyən birinə romanlar yazdıracaq tək şeydir. Sevgi səni birinin canından belə çox istəməsidir,öz həyatını onun yolunda heçə sayıb qurban verməyi gözə almaqdır,buna cəsarət etməkdir.Sevgi-yanında uşaqlaşa biləcəyin biridir, səninlə uşaqlaşan biridir.Hər xoşbəxt anında yanında olmasını istədiyin şəxsdir sevgi.Sevgi sevdiyinin bəzən bir toxunuşu, bəzən sarılması, bəzəndə sadəcə bir gülümsəməsidir. Özünü onun yanındaykən,onunlaykən daha hüzurlu,daha güvəndə hiss etdiyindir. Xoşbəxtliyin hər tonu onunla gözəl,onunla özəldir. Ehtiyacın olan kəsdir. Səni yaşamağa ümidləndirən, yaşam səbəbin, gülümsəmələrin, fikirlərin, xəyalların,hər anın,hər günündür. Qəlbinin ritmləridir. Sevən sevdiyini ya anlamalı, yada tamamlamalı, sevgidə məhz budur. Səni tamamlayan, səni anlayan, qəlbini saran. Bütün qəlbi ilə yanında olandır.Çünki həyat, birinin bütün qəlbi ilə yanında olduğunu bildiyində gözəlləşir.Sevgi, nə olursa olsun, həmişə yanında olmaq deməkdir, əllərini buraxmamaqdır,yanında olanda belə özlemindir. Sevgi qəlbini bir başqasının mərhəmətinə buraxmaqdır.Məsələn biri vardır, çox uzaqdadır amma ruhu ruhuna sarılıdır. Biri vardır ruh əkizindir. Heç kimlə paylaşmadığın ən gözəl şeylərini paylaşarsan onunla. O anlayar sadəcə səni. Şükür edərsən, sonra “yaxşı ki” deyərsən, “yaxşı ki çıxdı qarşıma”. Nə bilim çox insan vardır saxta üzlü, yalan sözlü. Amma o biri var ki, uzaqda ola-ola qəlbi yaxındır sənə.Sevmək bir-birinə baxmaq deyil, sevmək birlikdə eyni istiqamətə baxmaqdır. Bunların hamısının isə tək bircə adı var-Sevgi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
630 541 559 543 531 483

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.